Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
283
(Çünki Allaha, insanlardan fərqli olaraq, əylənmək, Özünə övlad götürmək, yaxud
kimisə Özünə yoldaş etmək yaraşmaz).
18. Xeyr, Biz batili haqla (küfürü imanla) rədd edərik (haqqı batilin təpəsinə atarıq) və o
da onu (batili) yox edər. (Bir də baxıb görərsiniz ki) o yox olub getmişdir. (Batil sözlərlə
Allaha) isnad etdiyiniz sifətlərə görə vay halınıza!
19. Göylərdə və yerdə olan (bütün) məxluqat Onundur (Allahın qüdrət əsəridir). Onun
dərgahında olanlar (rütbə və şərəf e’tibarilə mə’nən Allaha yaxın mələklər) Ona ibadət
etməyə təkəbbür göstərməz və (bu ibadətdən) yorulmaq bilməzlər.
20. Onlar gecə-gündüz, yorulub-usanmadan (Rəbbini) təqdis edib şə’ninə təriflər
deyərlər.
21. Yoxsa (Məkkə müşrikləri) yerdən (yerdə mövcud olan daş, qızıl-gümüş və s. -dən
özləri üçün) tanrılar qəbul etdilər ki, onlar ölüləri dirildəcəklər? (Xeyr, Allahdan başqa
heç kəs (ölüləri) dirildib məhşərə gətirməyə qadir deyildir!)
22. Əgər (yerdə və göydə) Allahdan başqa tanrılar olsa idi, onların ikisi də
(müvazinətdən çıxıb) fəsada uğrayardı. Ərşin sahibi olan Allah (müşriklərin Ona) aid
etdikləri sifətlərdən tamamilə uzaqdır!
23. (Allah) gördüyü işlər barəsində sorğu-sual olunmaz; onlar (bütün bəndələr) isə
(tutduqları əməllərə görə) sorğu-sual ediləcəklər.
24. Yoxsa (müşriklər özləri üçün) Ondan (O Allahdan) başqa tanrılar qəbul etdilər? (Ya
Rəsulum!) De: "(Etdiyiniz əməlin düzgünlüyünü sübut edən) dəlilinizi gətirin. Bu
mənimlə onların (ümmətimin) Kitabı (Qur’an), bu da məndən əvvəlkilərin kitabı
(Tövrat və İncil)! Xeyr, onların əksəriyyəti haqqı bilməz və buna görə də (ondan) üz
döndərər!"
25. (Ya Rəsulum!) Səndən əvvəl elə bir peyğəmbər göndərmədik ki, ona: "Məndən
başqa heç bir tanrı yoxdur. Buna görə də yalnız Mənə ibadət edin!" - deyə vəhy
etməyək.
26. (Kafirlər: ) "Rəhman (mələklərdən Özünə) övlad götürdü!" - dedilər. O, pakdır,
müqəddəsdir! (Belə şeylərdən tamamilə uzaqdır!) Xeyr, (mələklər Onun övladı deyil,
xəlq etdiyi) möhtərəm qullardır.
27. (Mələklər) Ondan qabaq söz danışmaz, Yalnız Onun əmri ilə iş görərlər.
|