Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə274/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   270   271   272   273   274   275   276   277   ...   630
Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

284 



28. (Allah) onların öndəkilərini də, arxalarındakını da (nə etdiklərini və nə edəcəklərini) 

bilir. Onlar yalnız (Allahın) razı olduğu (izin verdiyi) kəslərdən ötrü şəfaət edə bilər və 

Onun heybətindən qorxarlar.  

29. (Mələklərdən) heç kəs: "Mən Ondan başqa bir tanrıyam!" - desə, onu Cəhənnəmlə 

cəzalandırarıq. Biz zalımlara belə cəza veririk.  

30. Məgər kafir olanlar göylə yer bitişik ikən Bizim onları ayırdığımızı, hər bir canlını 

sudan yaratdığımızı bilmirlərmi?! Yenə də iman gətirməzlər? (Göylər ilk yaradılışda 

bir-birinə bitişik bir təbəqə olduğu halda, onların arası hava ilə açılıb yeddi təbəqəyə 

ayrılmış, yer də bir təbəqə ikən sonra yeddi təbəqəyə bölünmüşdür. Bu, Allahın 

qüdrətini, əzəmətini sübut edən ən tutarlı dəlillərdəndir).  

31. Yer onları silkələməsin (atıb-tutmasın) deyə, orada möhkəm (durmuş) dağlar 

yaratdıq; onlar (istədikləri yerə) rahat gedib çata bilsinlər deyə, orada geniş yollar əmələ 

gətirdik.  

32. Göyü (yerdən ötrü və onun üstünə düşməsin deyə) qorunub saxlanılan bir tavan 

etdik. Halbuki (kafirlər) ayələrimizdən (vəhdaniyyətimizi, qüdrətimizi sübut edən bu 

dəlillərdən) üz döndərdilər.  

33. Gecəni və gündüzü də, Günəşi və Ayı da yaradan Odur. Onların (həmçinin 

ulduzların) hər biri (özünə məxsus) bir göydə üzür (öz hədəqəsində, öz dairəsində 

hərəkət edir).  

34. (Ya Rəsulum!) Səndən əvvəl də (dünyada) heç bir bəşərə əbədiyyat (ölməzlik) 

vermədik. Belə olduğu təqdirdə, sən ölsən, onlar dirimi qalacaqlar?!  

35. Hər bir kəs (hər bir canlı) ölümü dadacaqdır. (Dözüb-dözməyəcəyinizi, şükür 

edəcəyinizi, yaxud nankor olacağınızı) yoxlamaq məqsədilə Biz sizi şər və xeyirlə 

(xəstəlik, yoxsulluq, ehtiyac və sağlamlıq, var-dövlət və cah-cəlalla) imtahana çəkərik. 

Və siz (qiyamət günü əməllərinizin əvəzini almaq üçün) ancaq Bizim hüzurumuza 

qaytarılacaqsınız!  

36. (Ya Rəsulum!) Kafir olanlar səni gördükləri zaman ancaq məsxərəyə qoyaraq (bir-

birinə): "Sizin tanrılarınıza tə’nə edən bumudur?" - deyərlər. Halbuki onlar, məhz onlar 

Rəhmanın öyüd-nəsihətini (Qur’anı) inkar edirlər.  

37. İnsan tələsən (hövsələsiz) yaradılmışdır. (İnsan təbiəti e’tibarilə hövsələsizdir, 

tələskəndir. Allahın əzabının tez gəlməsini istəyən müşriklər kimi). Ayələrimi 




Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   270   271   272   273   274   275   276   277   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin