Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə276/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   272   273   274   275   276   277   278   279   ...   630
Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

286 



48. Biz Musa və Haruna Furqanı (haqqı batildən ayıran Tövratı doğru yolu göstərən) bir 

nur və müttəqilərdən ötrü öyüd-nəsihət olaraq vermişdik.  

49. O kəslərdən ötrü ki, onlar öz Rəbbindən Onu görmədən (yaxud Allahın axirətdə 

verəcəyi əzabdan) qorxar və qiyamətdən lərzəyə gələrlər.  

50. Bu (Qur’an) nazil etdiyimiz mübarək (insanlara daim xeyir-bərəkət gətirən) bir 

Kitabdır. İndi siz onu inkarmı edirsiniz?  

51. Biz daha öncə İbrahimə də doğru yolu nəsib etmişdik (peyğəmbərlik ehsan 

buyurmuşduq). Biz onu (onun buna layiq olduğunu) bilirdik.  

52. (İbrahim) atasına və tayfasına: "Sizin tapınıb durduğunuz bu heykəllər nədir?" - 

dediyi zaman  

53. Onlar: "Biz atalarımızı onlara ibadət edən gördük!" - deyə cavab vermişdilər.  

54. (İbrahim onlara: ) "And olsun ki, siz də, atalarınız da (haqq yoldan) açıq-aşkar 

azmısınız!" - demişdi.  

55. Onlar: "Sən bizə ciddi deyirsən, yoxsa zarafat edirsən? (Sən bizə haqlamı gəldin, 

yoxsa oyunbazlardansan?)" - deyə soruşduqda  

56. (İbrahim) belə cavab vermişdi: "Xeyr, Rəbbiniz göylərin və yerin Rəbbidir ki, onları 

yaratmışdır. Mən də buna şahidlik edənlərdənəm!  

57. Allaha and olsun ki, siz çıxıb getdikdən sonra bütlərinizə bir hiyə quracağam! 

(Başlarına bir oyun açacağam!)"  

58. (Onlar gedən kimi İbrahim bütləri) parça-parça edib yalnız onların böyüyünü 

saxladı ki, bəlkə, qayıdıb ona baş çəkdilər. (Qoy anlasınlar ki, bu dilsiz-ağılsız bütlər 

nəinki başqalarını, hətta özlərini belə qorumağa qadir deyillər. Buna görə də onlara 

ibadət etmək ən böyük günahdır).  

59. (Onlar qayıdan kimi işin nə yerdə olduğunu görüb) dedilər: "Bunu tanrılarımıza kim 

edibsə, o, şübhəsiz ki, zalımlardandır!"  

60. (Müşriklərin bə’ziləri:) "İbrahim deyilən bir gəncin onları pislədiyini eşitmişik!" - 

dedilər.  




Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   272   273   274   275   276   277   278   279   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin