Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
294
(Əlbəttə, qaldıra bilməz! Allahın öz peyğəmbərinə yardım etməsini istəməyənlər,
qəzəblərindən özlərini assalar da, partlayıb çatlasalar da, Allah ona dünyada zəfər,
axirətdə isə yüksək məqamlar nəsib edəcəkdir).
16. Biz (Qur’anı) beləcə açıq-aşkar ayələr şəklində nazil etdik. Allah dilədiyini doğru
yola müvəffəq edər.
17. Həqiqətən, Allah iman gətirənlər (müsəlmanlar), yəhudilər, sabiilər
(ulduzpərəstlər), xaçpərəstlər, atəşpərəstlər və müşriklər arasında qiyamət günü (haqq
ilə batili ayırd edərək) hökmünü verəcəkdir. Şübhəsiz ki, Allah hər şeyə şahiddir!
(Onların nə etdiklərini və nəyə layiq olduqlarını çox gözəl bilir!)
18. (Ey insan!) Məgər göylərdə və yerdə olanların (bütün canlıların), Günəşin, Ayın və
ulduzların, dağların, ağacların və heyvanların, insanların bir çoxunun (mö’minlərin)
Allaha səcdə etdiyini görmürsənmi? Bir çoxuna da (kafirlərə də) əzab vacib olmuşdur.
Allahın alçaltdığı kimsəni heç kəs yüksəldə (səadətə qovuşdura) bilməz. Həqiqətən,
Allah dilədiyini edər!
19. Rəbbi barəsində mübahisə aparan bu iki zümrə (mö’minlər və kafirlər bir-birinə)
düşməndir. Onu inkar edənlər üçün atəşdən paltar biçilmişdır; başlarına da qaynar su
töküləcəkdir.
20. O su ilə qarınlarında olanlar (bağırsaqları, ciyərləri) və dəriləri əridiləcəkdir.
21. Hələ onlar üçün (başlarına vurulacaq) dəmir toppuzlar da vardır.
22. (Kafirlər) oradan - (Cəhənnəmdə düşdükləri) qəmdən qurtarmaq istədikcə, yenidən
ora qaytarılar və (onlara:) "Dadın atəşin əzabını!" (deyilər).
23. Həqiqətən, Allah iman gətirib yaxşı işlər görənləri (ağacları) altından çaylar axan
cənnətlərə daxil edəcəkdir. Onlar orada altun və incilərlə bəzənəcəklər (qızıldan və
mirvaridən bilərziklər taxacaqlar), orada libasları da ipəkdən olacaqdır!
24. Onlar (dünyada) təmiz (pak) sözə (la ilahə illallaha, yaxud Qur’ana) müvəffəq
olmuş, həm də Allahın bəyəndiyi yola (islama) yönəldilmişlər.
25. Kafir olub (insanları) Allah yolundan, həm yerlilər, həm də gəlmələr üçün (qiblə,
mə’bəd) etdiyimiz Məscidülhəramdan döndərənlərə və orada zülmə, haqsızlığa meyl
etmək istəyənlərə də şiddətli əzabdan daddıracağıq!
|