Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə287/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   283   284   285   286   287   288   289   290   ...   630
Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

297 



43. İbrahim tayfası da, Lut qövmü də,  

44. Mədyən əhli də (peyğəmbərlərini təkzib etmişdi). Musa da (Fir’onun özü və camaatı 

tərəfindən) yalançı sayılmışdı. Kafirlərə (bir qədər) möhlət verdim, sonra onları (əzabla) 

yaxaladım. (Bir görəydin, küfr etdiklərinə, peyğəmbərləri yalançı sayıb inkar 

etdiklərinə görə) Mənim onları inkar etməyim necə oldu! (Onlara verdiyim ne’məti 

müsibətlə əvəz etdim!)  

45. Neçə-neçə məmləkəti (əhalisini) zülm edərkən məhv etdik; onlar alt-üst olmuşdu 

(evlərin tavanları çökmüş, divarları onların üstünə yıxılmışdı). Neçə-neçə quyular, 

neçə-neçə möhtəşəm qəsrlər bomboş qalmışdı.  

46. Məgər onlar (peyğəmbərləri yalançı hesab edən kafirlər) yer üzündə gəzib 

dolaşmırlarmı ki, düşünən qəlbləri (bəsirət gözləri), eşidən qulaqları olsun? Həqiqətən, 

gözlər kor olmaz, lakin sinələrindəki ürəklər (qəlb gözü) kor olar. (Kafirlər keçmiş 

ümmətlərin başına gələn müsibətləri zahiri gözləri ilə görsələr də, qəlb gözü ilə görüb 

onlardan heç bir ibrət almazlar).  

47. (Ya Rəsulum!) Onlar səni tələsdirib əzabın tez gəlməsini istəyirlər. Allah Öz və’dinə 

əsla xilaf çıxmaz! Rəbbinin dərgahında bir gün sizin saydığınızın (hesabladığınız 

vaxtın) min ili kimidir!  

48. Neçə-neçə məmləkətə (məmləkət əhlinə) zülm etdikləri (kafir olduqları) halda 

möhlət verdim, sonra onları (əzabla) yaxaladım. Axır dönüş ancaq Mənədir! (Onlar, 

nəhayət, Mənim hüzuruma gələcək, qazandıqları günaha görə əbədi əzaba düçar 

olacaqlar).  

49. De: "Ey insanlar! Mən sizi yalnız açıq-aşkar bir qorxudanam (Allahın əzabı ilə açıq-

aşkar qorxudan, xəbərdar edən bir peyğəmbərəm)!  

50. İman gətirib yaxşı işlər görənləri (günahlardan) bağışlanma və tükənməz 

(minnətsiz) ruzi gözləyir!  

51. Ayələrimizdən (Qur’anı batil etməkdən) ötrü sə’y göstərib (Peyğəmbəri) aciz etmək 

istəyənlərə (yaxud Peyğəmbəri məğlub etməklə xalqı imandan döndərməyə cəhd 

edənlərə) gəldikdə isə, məhz onlar cəhənnəmlikdirlər!  

52. (Ya Rəsulum!) Biz səndən əvvəl də (şəriət sahibi olan) elə bir rəsul, (şəriət sahibi 

olmayıb onun ardınca gedən) elə bir nəbi (peyğəmbər) göndərmədik ki, o, (hər hansı bir 

şeyi) arzu etdikdə Şeytan onun arzusuna (diləyinə vəsvəsə yolu ilə) bir xələl qatmasın! 

(Yaxud o, ayələrimizi oxumaq istədiyi zaman Şeytan onu çaşdırıb oxuduğu ayə 





Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   283   284   285   286   287   288   289   290   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin