Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
295
26. (Ya Rəsulum!) Yadına sal ki, bir zaman İbrahimə Kə’bənin yerini bildirib belə
buyurmuşduq: "Mənə heç bir şeyi şərik qoşma, evimi təvaf edənlər, namaza duranlar,
rüku edən və səcdəyə qapananlar (namaz qılanlar) üçün (bütlərdən) təmizlə!"
27. İnsanları həccə çağır ki, onlar sənin yanına (istər) piyada və (istərsə də) hər uzaq
yoldan yollanan hər çür arıq (yorğun-arğın) dəvələr üstündə (süvari olaraq) gəlsinlər.
28. Belə ki, öz mənfəətlərinin şahidi olsunlar və mə’lum günlərdə Allahın onlara ruzi
verdiyi (dördayaqlı) heyvanların üstündə (onları qurban kəsərkən) Onun adını
çəksinlər (bismillah desinlər). Onlardan özünüz də yeyin, biçarə (zavallı) yoxsullara da
yedirdin!
29. Sonra həcc əməllərini (dırnaq kəsmək, saçını qırxmaq, yaxud qısaltmaq və s.) yerinə
yetirsinlər (və ya kirlərini təmizləsinlər), nəzirlərini versinlər və (Nuhun tufanından
salamat çıxmış, yaxud bəşər övladı üçün ilk ziyarətgah olan) qədim evi (Kə’bəni) təvaf
etsinlər!
30. (Ey insanlar! Həccin sizə vacib olan əməli) budur. Və hər kəs (ihramda ikən) Allahın
haram buyurduqlarına hörmət (riayət) etsə, bu, Rəbbi yanında onun üçün xeyirli olar.
(Haram olduğu "Maidə" surəsində) sizə deyilənlərdən başqa, qalan heyvanlar (onların
ətini yemək) sizə halal edilmişdir. Belə olduğu təqdirdə, murdar (başdan-ayağa
murdarlıq olan) bütlərdən qaçın, yalan sözlərdən də (Allaha şərik qoşmaqdan da)
çəkinin -
31. Batildən haqqa dönərək yalnız Allaha təslim olduğunuz və Ona şərik qoşmadığınız
halda! Allaha şərik qoşan kimsə göydən düşən, quşların onu sür’ətlə alıb apardığı,
yaxud küləyin sovurub uzaqlara atdığı bir şeyə (məxluqa) bənzər.
32. (Ey insanlar! Sizə əmr etdiyim) budur. Və hər kəs Allahın mərasiminə (həcc
əməllərinə, yaxud qurbanlıq heyvanlara) hörmət etsə, bu (hörmət), şübhəsiz ki,
qəlblərin təqvasındadır (Allahdan qorxmasındadır).
33. Sizin üçün (qurbanlıq heyvanlarda) müəyyən bir vaxta qədər mənfəət vardır.
(Kəsilənə qədər onları minər, südünü içər, yunundan istifadə edərsiniz). Sonra onların
gətirilib kəsiləcəyi yer (Mina) qədim ev (Kə’bə) istiqamətindədir. (Yaxud həcc
əməllərini yerinə yetirməkdə sizin üçün qiyamətə qədər mənfəət vardır. Həcc günləri
Kə’bəyə toplanar, bütün müsəlmanlara lazım olan dini və dünyəvi məsələlər barəsində
məsləhət-məşvərət edərsiniz).
34. Biz hər bir ümmət üçün qurbangah (yaxud mə’bəd) müəyyən etdik (və ya hər bir
ümmətə qurban kəsməyi lazım bildik) ki, Allahın onlara ruzi verdiyi (dördayaqlı)
|