Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə281/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   277   278   279   280   281   282   283   284   ...   630
Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

291 



105. Biz kitabdan (Tövratdan, yaxud lövhi-məhfuzdan) sonra Zəburda da (cənnət 

torpağına, yer üzünə və ya müqəddəs) torpağa yalnız Mənim saleh bəndələrimin daxil 

olacağını yazmışdıq.  

106. Həqiqətən, bunda da (Qur’anda da Allaha) ibadət edən bir ümmətdən ötrü (kifayət 

qədər) moizə (öyüd-nəsihət) vardır.  

107. Səni də (Ya Rəsulum!) aləmlərə (bütün insanlara və cinlərə) ancaq bir rəhmət 

olaraq göndərdik. (Sən təkcə insanlara deyil, eyni zamanda cinlərə də peyğəmbər 

göndərilmisən. Bütün aləmlər əhli, o cümlədən göydəki mələklər, yerdəki insanlar və 

cinlər sənin vücudunla şərəfə nail olurlar. Sənin sayəndə günahkarlara möhlət verilmiş, 

hətta səni inkar edənlərin belə cəzası qiyamətə qədər tə’xirə salınmışdır. Mö’minlər isə 

sənə iman gətirməklə dünyada böyük savab qazanıb axirətdə yüksək dərəcələrə, əbədi 

səadətə nail olacaqlar).  

108. (Müşriklərə) de ki, mənə, həqiqətən, belə vəhy olunur: "Sizin tanrınız ancaq bir 

olan Allahdır. Bundan sonra (Ona) itaət etməyə (müsəlman olmağa) boyun 

qoyacaqsınızmı?"  

109. (Ya Rəsulum!) Əgər onlar (imandan) üz döndərsələr, de: "(Mənə vəhy olunanı) sizə 

olduğu kimi (hamıya eyni dərəcədə) bildirdim. Sizə və’d olunan şeyin (qiyamət 

gününün və ya mö’minlərin qələbəsinin) yaxınmı, uzaqmı olduğunu bilmirəm.  

110. Şübhəsiz ki, (Allah) aşkar (ucadan) deyilən sözü də, sizin gizlətdiklərinizi də bilir!  

111. Mən bilmirəm, bəlkə də, (cəzanızın) tə’xirə salınması sizi imtahana çəkmək və bir 

müddət (əcəliniz çatana qədər) sizə gün-güzəran vermək üçündür".  

112. (Peyğəmbər) dedi: "Ey Rəbbim! (Mənimlə məni təkzib edən Məkkə müşrikləri 

arasında) ədalətlə hökm et. Sizin mənə aid etdiyiniz sifətlərə (dediyiniz pis sözlərə) 

qarşı kömək dilənilməsi kimsə yalnız Rəhman olan Rəbbimizdir!"  

 

 

 



 

 

 





Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   277   278   279   280   281   282   283   284   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin