Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
288
73. Biz onları əmrimizlə (insanları) doğru yola gətirən imamlar (rəhbərlər) etdik. Biz
onları xeyirli işlər görməyi, namaz qılmağı və zəkat verməyi vəhy etdik. Onlar yalnız
Bizə ibadət edirdilər.
74. Biz Luta da bir hökm (hikmət, peyğəmbərlik; çətin məsələləri həll edib hökm
çıxartmaq) və elm verdik, onu (əhalisi) çirkin işlər görən bir məmləkətdən (çıxardıb)
xilas etdik. Həqiqətən, onlar pis, fasiq (Allaha asi olan, pozğun) bir tayfa idilər.
75. Biz onu mərhəmətimizə qovuşdurduq, çünki o, doğrudan da, saleh kimsələrdən idi.
76. (Ya Rəsulum!) Nuhu da (yad et)! O daha öncə (öz kafir ümmətinin əzaba düçar
olması haqqında) yalvarıb dua etmişdi. Biz onun duasını qəbul buyurmuş, onu da,
ailəsini də böyük fəlakətdən (tufandan) qurtarmışdıq!
77. Biz ayələrimizi yalan hesab edən bir qövmə qarşı ona yardım göstərmişdik. Onlar,
həqiqətən, pis bir camaat idilər. Buna görə də Biz onların hamısını (suya) qərq etdik.
78. (Ya Rəsulum!) Davudu və Süleymanı da (yad et)! O zaman ki, onlar bir tayfanın
qoyunlarının girib xarab etdiyi bir əkin sahəsi haqqında hökm verirdilər və Biz də
onların hökmünə şahid idik.
79. Biz onu (məsələnin hökmünü) dərhal Süleymana anlatdıq. Və onların hər birinə
hökm (hikmət, peyğəmbərlik) və elm (şəriəti dərindən bilmək) verdik. Biz dağları və
quşları Davudla birlikdə (Allahı) təqdis edib tə’rifləsinlər deyə ona ram etdik. Bunları
(sizə təəccüblü görünsə də, lövhi-məhfuzdakı əzəli hökmümüzlə) Biz etmişdik.
80. Biz (Davuda) sizi (düşmənlə) vuruşda qorumaq üçün zireh (toxumaq) sənətini
öyrətdik. (Ey Məkkə əhli! Rəbbinizin bu ne’mətinə) artıq şükür edərmisiniz?
81. Əmrilə bərəkət verdiyimiz yerə (Şama) doğru şiddətlə əsən küləyi də Süleymana Biz
ram etdik. Biz hər şeyi bilənik!
82. Biz şeytanlardan qəvvaslıq edənləri və başqa işlər görənləri (ev tikənləri, mehrab
düzəldənləri) də onun ixtiyarına verdik. Biz (Süleymanın əmrindən çıxmasınlar,
gördükləri işləri təzədən korlamasınlar, fitnə-fəsad törətməsinlər deyə) onların üstündə
göz olurduq.
83. (Ya Rəsulum!) Əyyubu da (yada sal)! Bir vaxt o, Rəbbinə yalvarıb dua edərək belə
demişdi: "Mənə bəla üz verdi (Sənə pənah gətirdim). Sən rəhmlilərin rəhmlisisən!"
|