Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
290
93. Amma (insanlar din barəsində) öz aralarında firqələrə bölünüb parçalandılar.
Onların hamısı Bizim hüzurumuza qayıdacaqlar. (Biz də müvafiq surətdə əməllərinin
əvəzini verəcəyik).
94. Hər kim mö’min ikən yaxşı işlər görsə, onun zəhməti danılmayacaqdır (mükafatı
tamamilə ödəniləcəkdir). Şübhəsiz ki, Biz onun üçün (gördüyü işləri mələklər vasitəsilə
əməl dəftərinə) yazırıq.
95. Məhv etdiyimiz hər hansı bir məmləkət əhlinin (qiyamət qopana qədər tövbə etmək
üçün bir də dünyaya, yaxud haqq dinə) qayıtması mümkün deyildir (haramdır).
96. Nəhayət, Yə’cuc-Mə’cüc (səddinin) açılıb (dağılıb) onlar hər tərəfdən (alçaq və
yüksək təpələrdən) sür’ətlə (məhşərə) axışdıqları zaman;
97. Doğru və’d (qiyamət günü) yaxınlaşdıqda kafir olanların gözləri (dəhşətdən) dərhal
bərəlib: "Vay halımıza! Biz (dünyada) bundan qafil idik. Xeyr, biz zalım olmuşuq
(peyğəmbərlərin dediklərinə inanmamaqla zülm etmişik)!" - deyərlər.
98. (Ey Məkkə əhli!) Siz və Allahdan qeyri ibadət etdiyiniz bütlər isə cəhənnəm
yanacağısınız (odunusunuz). Siz ora varid olacaqsınız!
99. Əgər bunlar tanrı olsaydılar, ora girməzdilər. Hamısı orada həmişəlik qalacaqlar.
100. Onları orada inilti (ah-nalə) gözləyir. Onlar orada (heç bir xoş söz) eşitməzlər.
101. (Yaxşı əməllərin mükafatı olaraq) öncədən özlərinə ən gözəl ne’mət (Cənnət, əbədi
səadət) yazılmış kəslər - məhz onlar ondan (Cəhənnəmdən) uzaqlaşdırılmış olacaqlar.
102. Onlar (Cəhənnəmin) uğultusunu eşitməyəcəklər. Onlar (Cənnətdə) ürəklərinin
istədiyi (ne’mətlər) içində əbədi qalacaqlar.
103. Onları ən böyük qorxu (İsrafilin suru axırıncı dəfə çalınıb cəhənnəmliklərin
Cəhənnəmə atılması) məhzun etməyəcəkdir. Mələklər onları qarşılayıb: "Bu sizə və’d
olunmuş gününüzdür!" - deyəcəklər.
104. Göyü kitab səhifəsi kimi büküb qatlayacağımız günü (qiyamət gününü) yadınıza
salın. (O gün insanları) ilk dəfə (yoxdan) yaratdığımız kimi qaytarıb (dirildib) əvvəlki
halına salarıq. Biz yerinə yetirməli olduğumuz və’di mütləq yerinə yetirəcəyik. (Biz
qiyamət günü sizi dirildib lüt-üryan, anadangəlmə vəziyyətdə məhşərə gətirməyi və’d
etmişdik. Biz onu mütləq edəcəyik).
|