Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
296
heyvanların üstündə (onları kəsdikləri zaman) Allahın adını çəksinlər (bismillah
desinlər). Sizin tanrınız yalnız bir olan Allahdır. Yalnız Ona təslim olub itaət edin. (Ya
Rəsulum!) Sən də (Allaha) itaət edənlərə (təvazökar olanlara Cənnətlə) müjdə ver!
35. O kəslər ki, Allahın adı çəkiləndə (zikr ediləndə) qəlbləri (qorxudan) titrəyər, üz
verən müsibətlərə səbr edər, namaz qılar və onlara verdiyimiz ruzidən (ehtiyacı
olanlara) sərf edərlər.
36. Biz qurbanlıq dəvələri də Allahın nişanələrindən (Onun haqq dininin
əlamətlərindən) etdik. Sizin üçün bu qurbanlarda (dini və dünyəvi) xeyir vardır. Artıq
onları ayaq üstə durduqları (sol əli bağlı, sağ əli və iki ayağı açıq vəziyyətdə olduqları)
halda kəsərkən üstlərində Allahın adını çəkin (bismillah deyin). Onlar böyrü üstə düşən
(canları çıxdığı) zaman (ətindən) özünüz də yeyin, (yanınızda olub utandığından) əl
açmayana (lakin verilənə e’tiraz etməyənə) və dilənçiyə də yedirdin. Onları (qurbanlıq
heyvanları) sizə belə ram etdik ki, bəlkə, (ne’mətimizə) şükr edəsiniz!
37. Onların nə əti, nə də qanı, əlbəttə, Allaha çatmaz. Allaha çatacaq olan yalnız sizin
təqvanızdır (səmimi-qəlbdən etdiyiniz ibadətdir). Allah sizi doğru yola yönəltdiyi (sizə
həccin əməllərini göstərdiyi) üçün Onu (layiqincə) uca tutasınız deyə, bunları sizə belə
ram etdi. (Ey Muhəmməd!) Ehsan edənlərə (Cənnətlə) müjdə ver!
38. Şübhəsiz ki, Allah iman gətirən kəslərdən (kafirlərin əzab-əziyyətini) dəf edər.
Allah, həqiqətən, heç bir xaini, nankoru sevməz!
39. Zülmə mə’ruz qaldıqlarına görə vuruşanlara (kafirlərə qarşı Allah yolunda
döyüşməyə) izin verilmişdir. Allah onlara kömək etməyə, əlbəttə, qadirdir!
40. O kəslər ki, haqsız yerə, ancaq "Rəbbimiz Allahdır" - dediklərinə görə yurdlarından
(Məkkədən) çıxarıldılar. Əgər Allah insanların bir qismini digər qismi ilə (müşrikləri
mö’minlərlə) dəf etməsəydi, sözsüz ki, içərisində Allahın adı çox zikr olunan soməələr
(rahiblərin yaşadığı monastırlar), kilsələr, mə’bədlər (yəhudi mə’bədləri) və məscidlər
dağılıb gedərdi (darmadağın edilərdi). Allah Ona (öz dininə) yardım edənlərə, şübhəsiz
ki, yardım edər. Həqiqətən, Allah yenilməz qüvvət, qüdrət sahibidir!
41. O kəslər ki, əgər onları yer üzündə yerləşdirsək (onlara bir yer versək), namaz qılar,
zəkat verər, (insanlara) yaxşı işlər görməyi əmr edib, pis işlər görməyi qadağan edərlər.
Bütün işlərin sonu (nəticəsi) Allaha aiddir. (Allah qiyamət günü əməllərinə müvafiq
olaraq mö’minlərə mükafat, kafirlərə isə cəza verəcəkdir).
42. (Ya Rəsulum!) Əgər (bu müşriklər) səni təkzib edərlərsə (ürəyini qısma). Səndən
əvvəl Nuh, Ad və Səmud tayfası da (peyğəmbərlərini) təkzib etmişdi.
|