Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
305
47. (Fir’on və ə’yan-əşrafı) dedilər: "Bunların tayfası bizə bir qul kimi itaət etdiyi halda,
biz özümüz kimi iki adi insana imanmı gətirəcəyik?"
48. Beləliklə, onları yalançı saydılar və nəticədə məhvə düçar edilənlərdən oldular.
49. Həqiqətən, Biz Musaya kitabı (Tövratı) verdik ki, bəlkə, (İsrail oğulları) doğru yola
yönəlsinlər!
50. Məryəm oğlunu (İsanı) və (bakirə) anasını (qüdrətimizdən yaranmış) bir mö’cüzə
etdik. Onları abad (rahat) və axar sulu uca bir yerdə yerləşdirdik.
51. (Müxtəlif zamanlarda ayrı-ayrı ümmətlərə göndərdiyimiz peyğəmbərlərə belə
buyurduq: ) "Ey peyğəmbərlər! Təmiz (halal) ne’mətlərdən yeyin və yaxşı işlər görün!
(Vacib və könüllü ibadətləri həm zahirən, həm də gizli, həmişə yerinə yetirin!) Mən,
həqiqətən, sizin nə etdiklərinizi bilirəm!
52. Bu (tövhid dini islam) tək bir din olaraq sizin dininizdir, Mən də sizin Rəbbinizəm.
Məndən (əzabımdan) qorxun!"
53. Amma (ümmətlər) öz dinini aralarında parçalayıb firqə-firqə oldular (müxtəlif
məzhəblərə ayrıldılar). Hər firqə öz dininə sevinir. (Öz dinini haqq, digər dinləri batil
hesab edib bundan məmnun olur).
54. (Ya Rəsulum!) Sən onları bir müddət (əcəlləri çatana qədər) öz şaşqınlıqları içində
burax!
55. Məgər (kafirlər) elə zənn edirlər ki, onlara (dünyada) verdiyimiz var-dövlət və
övladla
56. Biz onların yaxşılıqlarına tələsirik? Xeyr, anlamırlar! (Kafirlərə dünyada istədiklərini
verib tədriclə onları əzaba yaxınlaşdırmağımızı, az sonra qəflətən başlarının üstünü
alacağımızı düşünmürlər!)
57. Həqiqətən, Rəbbinin qorxusundan tir-tir əsənlər;
58. Rəbbinin ayələrinə inanlar;
59. Rəbbinə şərik qoşmayanlar;
60. Ürəkləri Rəbbinin hüzuruna qayıdacaqlarından qorxuya düşüb verməli olduqlarını
(zəkatı, sədəqəni) verənlər -
|