Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
301
.
23
.
əl-Mu’minun
(Mö’minlər) surəsi (Məkkədə nazil olmuşdur, 118 ayədir)
Bismillahir-rəhmanir-rəhim!
1. Həqiqətən, mö’minlər nicat tapmışlar! (Cənnətə nail olmaqla mətləblərinə çatıb əbədi
səadətə qovuşmuşlar!)
2. O kəslər ki, namazlarında (hər şeyi unudaraq ruhən və cismən yalnız Allaha) müt’i
olub (Ona) boyun əyərlər! (Allahın qarşısında kiçilərlər!)
3. O kəslər ki, lağlağıdan (lüzumsuz şeylərdən, qadağan olunmuş əməllərdən) üz
döndərərlər;
4. O kəslər ki, zəkat verərlər;
5. O kəslər ki, ayıb yerlərini (zinadan) qoruyub saxlayarlar;
6. Ancaq zövcələri və cariyələri istisna olmaqla. Onlar (zövcələri və cariyələri ilə
görəcəkləri bu işdən ötrü) qınanmazlar.
7. Bundan artığını istəyənlər (halaldan harama addayaraq) həddi aşanlardır (Allahın
əmrini pozanlardır).
8. O mö’minlər ki, əmanətlərini və əhdlərini qoruyub saxlayarlar (onlara tapşırılmış
əmanətə xəyanət etməz, verdikləri sözü yerinə yetirərlər);
9. Namazlarına riayət edərlər (həmişə vaxtlı-vaxtında namaz qılarlar);
Bizim email:
Dostları ilə paylaş: |