Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
300
72. Ayələrimiz onlara açıq-aşkar surətdə oxunduğu zaman (yaxud açıq-aşkar
ayələrimiz oxunduqda) kafir olanların çöhrəsində bir ikrah (nifrət) sezərsən. Onlar
ayələrimizi oxuyanların üstünə az qala hücum çəksinlər. (Ya Rəsulum!) De: "Sizə
bundan (Qur’an oxunduğu zaman etdiyiniz nalayiq hərəkətlərdən) daha pisini xəbər
verimmi? - Cəhənnəm (odu)! Allah onu kafirlərə və’d etmişdir. O nə pis məskəndir! (Nə
pis qayıdış yeridir!)"
73. Ey insanlar! Bir məsəl çəkildi, ona qulaq asın! Şübhəsiz ki, Allahdan qeyri ibadət
etdiyiniz bütlər heç bir milçək də yarada bilməzlər - lap hamısı bunun üçün bir yerə
yığışsa belə! Əgər milçək onlardan (bütlərin üstündə olanlardan) bir şey götürüb
aparsa, onu milçəkdən geri ala bilməzlər. İstəyən də aciz, istənilən də! (Bütlər də aciz,
milçək də, yaxud bütlərə ibadət edən də aciz, ibadət edilən bütlər də!)
74. (Müşriklər) Allahı layiqincə qiymətləndirmədilər (uca tutmadılar). Həqiqətən, Allah
yenilməz qüvvət sahibi, qüdrət sahibidir!
75. Allah mələklərdən də elçilər (peyğəmbərlər) seçər, insanlardan da. Həqiqətən, Allah
(hər şeyi) eşidəndir, görəndir!
76. (Allah) onların önlərindəkini də, arxalarındakını da (nə etdiklərini və nə
edəcəklərini) bilir. Bütün işlər (nəticə e’tibarilə axirətdə) Allaha qayıdar! (Qiyamət günü
bütün məxluqat öz əməlləri ilə birlikdə Allahın hüzurunda duracaqdır).
77. Ey iman gətirənlər! (Namaz qıldıqda) rüku edin, səcdəyə qapanın; Rəbbinizə ibadət
edin və yaxşı işlər görün ki, nicat tapasınız! (Mətləbinizə yetişəsiniz!)
78. (Ey mö’minlər!) Allah yolunda layiqincə cihad edin. O (Öz dini üçün) sizi seçdi və
dində sizin üçün heç bir çətinlik yeri qoymadı - atanız İbrahimin dini (dinində olduğu)
kimi. (Ey Muhəmməd ümməti!) Allah bundan (Qur’an nazil olmamışdan) əvvəl də,
bunda (Qur’anda) da sizə müsəlman adını verdi ki, (qiyamət günü) Peyğəmbər (dinin
təbliği, sizin ona iman gətirməyiniz, itaət etməyiniz barədə) sizə, siz də (əvvəlki
peyğəmbərlərin Allahın hökmlərini öz ümmətlərinə çatdırdıqları halda) insanlara şahid
olasınız. Elə isə (vaxtlı-vaxtında) namaz qılın, zəkat verin və Allaha sığının. (Allah)
sizin ixtiyar sahibinizdir. O nə yaxşı ixtiyar sahibi, necə də gözəl imdada yetəndir!
|