Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
306
61. Məhz onlar yaxşı işlər görməyə tələsər (bir-biri ilə yarışar) və bu işlərdə
(başqalarından) öndə gedərlər.
62. Biz heç kəsi gücü çatmayan işi görməyə vadar etmərik. (Hər kəsi yalnız qüvvəsi
çatdığı qədər yükləyərik. Namazı ayaq üstə qıla bilməyən oturub qıla bilər. Xəstəliyinə,
zəifliyinə görə oruc tuta bilməyən orucunu yeyə bilər). Bizdə haqqı söyləyən bir Kitab
vardır. Onlara (haqsız yerə əsla) zülm olunmaz.
63. Lakin (kafirlərin) qəlbləri bundan (Qur’andan) xəbərsizdir (bu barədə cəhalət
içindədir) . Onların bundan başqa (Allaha xoş getməyən) ayrı işləri də vardır ki, elə
onları edib durarlar (küfr edib günaha batarlar).
64. Nəhayət, onların naz-ne’mət içində yaşayan başçılarını əzabla yaxaladığımız zaman
(Bədr vuruşu günü) fəryad edib imdad diləyərlər.
65. (Onlara belə deyirlər: ) "Yalvarıb-yaxarmayın, bu gün Bizdən sizə heç bir kömək
yetişməz!"
66. Ayələrimiz sizə oxunduğu zaman arxa çevirirdiniz (onları yalan hesab edib
inanmırdınız).
67. (Kə’bə əhlisiniz, sizə heç bir şey olmaz, deyə iman gətirməyi) özünüzə sığışdırmayıb
gecələr toplanaraq (Qur’an və Peyğəmbər barəsində) ağzınıza gələni deyirdiniz (yaxud
onlardan üz döndərirdiniz).
68. Məgər (müşriklər) kəlam (Allah kəlamı - Qur’an) haqqında düşünüb daşınmırlarmı?
Yaxud onlara ulu babalarına (keçmiş ümmətlərinə) gəlməyən bir şey gəldi? (Onlar
Qur’anın, Peyğəmbərin haqq olduğunu niyə anlamırlar? Məgər ulu babalarına İbrahim,
İsmail, Musa kimi peyğəmbərlər gəlmədimi? Yaxud onlara Tövrat, Sühüf kimi kitablar
nazil olmadımı?)
69. Yoxsa öz Peyğəmbərini tanımadılar və buna görə onu inkar edirlər?
70. Yaxud: "Onda divanəlik var?" - dedilər. Xeyr, Peyğəmbər onlara haqqla (Qur’anla)
gəldi. Lakin onların əksəriyyəti haqqı xoşlamır.
71. Əgər haqq (Qur’an) onların nəfslərinin istəklərinə tabe olsaydı (və ya Allah onların
istədikləri kimi hərəkət etsəydi), göylər, yer və onlarda olanlar (bütün məxluqat)
korlanıb gedərdi (aləm bir-birinə qarışıb nizamı pozulardı). Xeyr, Biz (müşriklərə) onlar
üçün öyüd-nəsihət (və Peyğəmbər öz qövmlərindən olduğu üçün şərəf olan Qur’anı)
gətirdik, onlar isə özlərinə edilən öyüd-nəsihətdən (və şərəflərindən) üz döndərirlər.
|