Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə304/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   300   301   302   303   304   305   306   307   ...   630
Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

314 



27. Ey iman gətirənlər! Başqalarının evlərinə (sizin olmayan evlərə) sahiblərindən icazə 

almadan və onlara salam vermədən girməyin. Bu, (ədəb-ərkan baxımından) sizin üçün 

daha yaxşıdır. Bəlkə, (Allahın bu əmrinin hikmətini) düşünüb anlayasınız (və həmişə 

yadda saxlayıb ona əməl edəsiniz).  

28. Əgər orada heç kəsi tapmasanız, sizə icazə verilməyənədək içəri girməyin. Sizə "ün!" 

- deyilsə, ün. Bu, Allahın yanında sizin üçün daha təmiz bir davranışdır. Allah nə 

etdiklərinizi biləndir!  

29. İçərisində əşyanız olan (karvansara, mehmanxana, ümumi istifadə yerləri kimi) 

qeyri-məskun evlərə (icazəsiz) daxil olmaq sizin üçün günah deyildir. Allah sizin aşkar 

etdiklərinizi də, gizli saxladıqlarınızı da (aşkarda da, gizlində də nə etdiyinizi) bilir!  

30. (Ya Rəsulum!) Mö’min kişilərə de ki, gözlərini haram edilmiş şeylərdən çevirsinlər 

(naməhrəmə baxmasınlar), ayıb yerlərini (zinadan) qorusunlar (və ya örtülü 

saxlasınlar). Bu onlar üçün (ədəb-ərkan, təmizlik baxımından) daha yaxşıdır. Şübhəsiz 

ki, Allah onların nə etdiklərindən xəbərdardır!  

31. Mö’min qadınlara de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər 

(naməhrəmə baxmasınlar), ayıb yerlərini (zinadan) qorusunlar (və ya örtülü 

saxlasınlar); öz-özlüyündə görünən (əl, üz) istisna olmaqla, zinətlərini (zinət yerləri 

olan boyun, boğaz, qol, ayaq və s. naməhrəmə) göstərməsinlər; baş örtüklərini 

yaxalarının üstünə çəksinlər (boyunları və sinələri görünməsin); zinət yerlərini 

ərlərindən, yaxud öz atalarından, yaxud ərlərinin atalarından (qayınatalarından), yaxud 

öz oğullarından, yaxud ərlərinin oğullarından, yaxud öz qardaşlarından, yaxud 

qardaşlarının oğullarından, yaxud bacılarının oğullarından, yaxud öz (müsəlman) 

qadınlarından, yaxud sahib olduqları (müşrik) cariyələrdən, yaxud kişiliyi qalmamış 

(onlarla birlikdə yemək yeyən) xidmətçilərdən, yaxud qadınların məhrəm yerlərini hələ 

anlamayan uşaqlardan başqasına göstərməsinlər; gizlətdikləri bəzək şeylərini 

(xalxallarını) göstərmək üçün ayaqlarını (yerə və ya bir-birinə) vurmasınlar. Ey 

mö’minlər! Hamınız Allaha tövbə edin ki, nicat tapasınız! (Mətləbinizə çatasınız!)  

32. (Ey mö’minlər!) Aranızda olan subay kişiləri və ərsiz qadınları, əməlisaleh (yaxud 

evlənməyə qabil) kölə və cariyələrinizi evləndirin. Əgər onlar yoxsuldurlarsa, Allah öz 

lütfü ilə onları dövlətli edər. Allah (lütfü, mərhəmətilə) genişdir, (hər şeyi) biləndir!  

33. Evlənməyə qüvvəsi çatmayanlar (maddi imkanı olmayanlar) Allah öz lütfü ilə 

onlara dövlət verənə qədər iffətlərini qoruyub (özlərini zinadan) saxlasınlar. 

Kölələrinizdən mükatəbə etmək (əvvəlcədən bağlanılmış yazılı müqaviləyə əsasən 

müəyyən məbləğ pul qazanıb ağasına vemək şərtilə köləlikdən azad olmaq) istəyənlərlə 





Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   300   301   302   303   304   305   306   307   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin