Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə312/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   308   309   310   311   312   313   314   315   ...   630
Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

322 



17. (Allah müşrikləri) və onların Allahdan qeyri ibadət etdiklərini (bütləri) məhşərə 

toplayacağı gün (qiyamət günü) belə buyuracaqdır: "Mənim bu bəndələrimi (haqq 

yoldan) siz (bütlər) çıxartdınız, yoxsa onlar özləri yoldan çıxdılar?"  

18. (Bütlər) deyəcəklər: "Sən paksan, müqəddəssən! Səni qoyub (özümüzə) başqa 

dostlar (hamilər) qəbul etmək bizə yaraşmaz. Lakin sən onlara və atalarına o qədər 

ne’mət verdin ki, hətta (Sənin öyüd-nəsihətini, Qur’anı) xatırlamağı belə unutdular və 

(buna görə də) məhvə məhkum edilmiş bir tayfa oldular!"  

19. (Allah buyuracaqdır: ) "(Ey müşriklər, sizin tanrılarınız) dediklərinizi təkzib etdilər. 

Artıq nə əzabı (özünüzdən) sovuşdurar, nə də (özünüzə) bir kömək edə bilərsiniz. 

Sizdən zülm edənlərə (Allaha şərik qoşanlara) şiddətli bir əzab daddıracağıq".  

20. (Ya Rəsulum!) Səndən əvvəl göndərdiyimiz peyğəmbərlər də, şübhəsiz ki, yemək 

yeyər, (ruzi qazanmaq üçün) bazarları gəzib dolaşardılar. Sizin bir qisminizi digərinizə 

sınaq vasitəsi etdik ki, görək (möhnətlərə) dözə biləcəksinizmi? (Birinizi varlı, digərinizi 

kasıb, birinizi sağlam, digərinizi xəstə, zəif etdik ki, hansınızın daha səbirli, daha 

dözümlü olduğunu, Allahın öz əzəli hökmü ilə ona verdiyi qismətə razı olub-

olmadığını bilək). Sənin Rəbbin (çətinliklərə səbr edənləri və onlardan qorxanları) 

görəndir!  

21. Bizimlə qarşılaşacaqlarına ümid etməyənlər (qiyamət günü dirilib haqq-hesab üçün 

hüzurumuzda duracaqlarında qorxmayanlar): "Bizə (Muhəmmədin həqiqi peyğəmbər 

olduğunu təsdiq edən) mələklər endirilməli, yaxud biz (onun doğru danışıb-

danışmadığını bilmək üçün) Rəbbimizi görməli idi!" - dedilər. Həqiqətən, onlar özləri 

barəsində təkəbbürə qapıldılar və (Allahı bilavasitə görmək, onunla danışmaq istəməyə 

cür’ət etməklə) azğınlaşıb həddi çox aşdılar.  

22. Mələkləri görəcəkləri gün - həmin gün günahkarlara (Cənnətlə) heç bir müjdə 

olmaz. (Mələklər onlara: ) "(Sizə şad xəbər eşitmək) haramdır!" - deyərlər.  

23. Onların etdikləri hər hansı bir (yaxşı) əməli Biz qəsdən (havadan uçan) dağınıq 

zərrələrə (toz dənələrinə) döndərərik! (Onların qohum-əqrabaya, yoxsullara 

göstərdikləri köməyin, qonağa, qəribə etdikləri hörmətin və dünyada gördükləri digər 

yaxşı işlərin zərrə qədər qiyməti olmaz!)  

24. O gün cənnət əhlinin qalacağı yer daha yaxşı, istirahət edəcəyi yer daha gözəl 

olacaqdır!  

25. Göyün (yeddi qat səmanın yuxarısından enən ağ) buludla parçalanacağı, mələklərin 

bölük-bölük (yerə) endirələcəyi gün -  




Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   308   309   310   311   312   313   314   315   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin