Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə314/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   310   311   312   313   314   315   316   317   ...   630
Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

324 



38. Biz Adı da, Səmudu da, (Şüeybin) Rəss əhlini də, həmçinin onların arasında olan bir 

çox nəsilləri də (yerlə yeksan etdik).  

39. Biz onların hər biri üçün cürbəcür məsəllər çəkdik, (amma öyüd-nəsihətlərimizə 

qulaq asmadıqlarına görə) onları yerli-dibli yox etdik.  

40. (Qüreyş müşrikləri ticarət üçün Şama gedərkən) fəlakət yağışı yağmış şəhərə 

(vaxtilə Lut tayfasının yaşadığı Sədum şəhərinə) gəlib çatmışdılar. Məgər onu (o 

şəhərin başına nələr gəldiyini) görmədilərmi? Xeyr, onlar öldükdən sonra yenidən 

dirilməyə inanmırlar. (Özlərindən əvvəlki kafirlərin başlarına gətirdiyimiz 

müsibətlərdən ibrət almayan Məkkə müşrikləri hələ də qiyamət barəsində şəkk-şübhə 

içindədirlər).  

41. (Ya Rəsulum!) Onlar səni gördükdə ancaq məsxərəyə qoyur (və belə deyirlər): 

"Allahın peyğəmbər göndərdiyi şəxs budurmu?  

42. Əgər biz (bütpərəstliyimizdə) səbir (səbat) göstərməsəydik, az qala bizi 

tanrılarımıza tapınmaqdan sapdırmışdı". Onlar əzabı (qiyamət əzabını) gördükdə haqq 

yoldan kimin daha çox azdığını biləcəklər.  

43. (Ya Rəsulum!) Nəfsini özünə tanrı edəni gördünmü? Onun vəkili (zamini) sənmi 

olacaqsan? (Onu bəd əməllərdən sənmi çəkindirib saxlayacaqsan? O özü haqqı axtarıb 

tapmalı, ona qail olmalıdır!)  

44. Yoxsa elə güman edirsən ki, onların əksəriyyəti (sən deyən sözü) eşidəcək və ya 

(ağıllı-başlı) fikirləşəcək? Onlar heyvan kimidirlər, bəlkə, ondan daha çox zəlalət 

yolundadırlar. (Heyvan heyvanlığı ilə öz mənfəətini bilib ona zərər gətirən bir işi 

görməz. Bunlar isə nə xeyirlərini, nə də zərərlərini anlayarlar).  

45. Məgər Rəbbinin kölgəni (günçıxandan günbatanadək) necə uzatdığını 

görmürsənmi? Əgər istəsəydi, onu daim öz yerində saxlayardı. Sonra Biz günəşi 

(kölgəyə) bir əlamət etdik. (Əgər günəş olmasaydı, kölgə bilinməzdi).  

46. Sonra onu (o kölgəni günəşin yüksəlməsi ilə) yavaş-yavaş Özümüzə tərəf çəkdik. 

(Əgər kölgəni yerə birdən salıb, birdən çəksəydik, insanlar vahiməyə düşərdilər).  

47. Sizin üçün gecəni örtük, yuxunu rahatlıq yaradan, gündüzü də (ruzi qazanmaqdan 

ötrü) həyat (iş, fəaliyyət vaxtı) yaradan Odur.  

48. Küləkləri rəhməti (yağışı) önündə müjdəçi olaraq göndərən də Odur. Biz göydən 

tərtəmiz su endirdik ki,  




Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   310   311   312   313   314   315   316   317   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin