Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
332
55. Onlar (bəzək şeylərimizi götürməklə, Misiri atıb getməklə) bizi qəzəbləndirmişlər.
(Və ya: İsrail oğullarına çox əziyyət verdiyimizə görə onlar bizə qarşı qəzəblidirlər).
56. Biz isə qüvvətli (yaxşı silahlanmış, yaxud ayıq-sayıq, işimizi bilən) bir camaatıq!"
57. Nəhayət, Biz onları (Fir’onu və tayfasını) bağlardan və bulaqlardan çıxartdıq.
58. Xəzinələrdən və (Nil ətrafındakı) gözəl (bərəkət dolu) yerdən kənar etdik.
59. (O yerlərdən onları) beləcə çıxartdıq və İsrail oğullarını oralara varis etdik.
60. (Fir’on və əsgərləri) günəş doğduqda onların (İsrail oğullarının) arxasınca düşdülər.
61. İki dəstə (tayfa) bir-biri ilə qarşılaşdığı zaman Musanın camaatı dedi: "(İşimiz bitdi!)
Artıq yaxalandıq!"
62. (Musa) dedi: "Xeyr, Rəbbim mənimlədir. O, mütləq mənə yol göstərəcəkdir!"
63. Onda Musaya belə vəhy etdik: "Əsanla dənizə vur!" (Musa əsasını dənizə vuran
kimi) o dərhal yarıldı (İsrail oğullarının soyuna müvafiq olaraq on iki hisəyə bölündü)
və hər hissə böyük (uca) bir dağ kimi oldu.
64. O biriləri (Fir’on əhlini) də ora yaxınlaşdırdıq (dəniz sahilinə topladıq).
65. Musa və onunla birlikdə olanların hamısını xilas etdik.
66. O biriləri (Fir’on tayfasını) isə suya qərq etdik.
67. Şübhəsiz ki, bunda (Musanın bu hekayətində) bir ibrət vardır. Lakin onların (Fir’on
tayfasının, qədim Misir əhalisinin, yaxud Məkkə müşriklərinin) əksəriyyəti iman
gətirmədi.
68. (Ya Rəsulum!) Həqiqətən, sənin Rəbbin yenilməz qüvvət, mərhəmət sahibidir!
(Kafirlərdən intiqam alar, töbvə edən bəndələrini bağışlayar!)
69. (Ya Rəsulum!) Onlara İbrahimin hekayətini söylə!
70. O zaman ki, o öz atasına və tayfasına demişdi: "Nəyə ibadət edirsiniz?"
71. Onlar: "Bütlərə ibadət edir və onlara tapınmaqda davam edirik!" - deyə cavab
vermişdilər.
|