Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
340
190. Şübhəsiz ki, bunda (Şüeybin bu hekayətində) bir ibrət vardır. Halbuki onların
əksəriyyəti iman gətirmədi.
191. Həqiqətən, sənin Rəbbin yenilməz qüvvət, mərhəmət sahibidir! (Kafirlərdən
intiqam alar, tövbə edən bəndələrini bağışlayar!)
192. Şübhəsiz ki, bu (Qur’an) aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir!
193. Onu Cəbrail (Ruhuləmin) endirdi:
194. (Günahkarları Allahın əzabı ilə) qorxudan (xəbərdar edən) peyğəmbərlərdən
olasan deyə, sənin qəlbinə (nazil etdi);
195. Özü də açıq-aydın ərəb dilinə.
196. Həqiqətən, o (Qur’anın nazil olacağı xəbəri, mə’nası və hökmləri; Peyğəmbərin
vəsfi), əvvəlkilərin (keçmiş peyğəmbərlərin) kitablarından mövcuddur.
197. Məgər İsrail övladı alimlərinin (Qur’anın ilahi kitab, sənin həqiqi peyğəmbər
olduğunu) bilmələri onlar (bu kafirlər) üçün bir dəlil (sübut) deyilmi?
198. Əgər onu ərəb olmayanlardan (ərəbcə bilməyənlərdən) birinə (bə’zisinə) nazil
etsəydik;
199. Və o (Qur’anı) onlara (Məkkə müşriklərinə və kafirlərə) oxusaydı, (bu şəxs ərəb
dilini yaxşı bilmir, qeyri-ərəbə tabe olmaq, onun ardınca getmək bizə ayıbdır deyə) ona
iman gətirməzdilər.
200. Biz (küfrü, inadkarlığı) günahkarların qəlbinə belə salarıq.
201. Onlar şiddətli əzabı görməyənədək (Qur’ana) inanmazlar.
202. (Əzab) onlara qəflətən, özləri də hiss etmədən gələr.
203. O zaman onlar deyərlər: "Əcaba, (tövbə etmək, iman gətirmək üçün) bizə möhlət
veriləcəkmi?"
204. İndi (günahkarlar) əzabımızın (dünyada onlara) tezmi gəlməsini istəyirlər?
205. (Ya Rəsulum! Görürsənmi, əgər Biz onlara (kafirlərə) illərcə ne’mət (gün-güzəran)
versək,
|