Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
337
142. O vaxt ki, qardaşları Saleh onlara dedi: "Məgər (küfr etdiyinizə, peyğəmbərləri
yalançı hesab etdiyinizə görə Allahın əzabından) qorxmursunuz?
143. Şübhəsiz ki, mən sizin üçün e’tibar olunası (bel bağlanılası) bir peyğəmbərəm!
(Və’dimə xilaf çıxmaz, əmanətə xəyanət etmərəm!)
144. Artıq Allahdan qorxun və mənə itaət edin!
145. Mən bunun (Allahın hökmlərini, risaləti təbliğ etməyin) müqabilində sizdən heç bir
muzd (əvəz) istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir!
146. Məgər siz elə burada onların içində arxayınlıqla qalacaqsınız?
147. Bağlar və çeşmələr içində,
148. Əkinlər və lətif çiçəkli (gözəl meyvəli) xurmalıqlar içində (xatircəmlikdə ömür
sürəcəksiniz)?
149. Dağlardan (sanki dünyada əbədi yaşayacaqsınız deyə, özünüzə) məharətlə (və ya
təkəbbürlə) evlər yonub düzəldəcəksiniz?
150. Artıq Allahdan qorxun və mənə itaət edin!
151. (Günah etməklə) həddi aşanların əmrinə tabe olmayın (onlara boyun əyməyin)!
152. O kəslər ki, yer üzündə fitnə-fəsad törədər və (pis işlərdən, günah əməllərdən əl
çəkib özlərini) islah etməzlər!
153. Onlar dedilər: "Həqiqətən, sən (əməlli başlı) ovsunlanmışlardansan! (Divanənin
birisən! Sən hardan peyğəmbər oldun?)
154. Sən də bizim kimi ancaq adi bir insansan! Əgər doğru danışanlardansansa (həqiqi
peyğəmbərsənsə), bizə (Allahdan) bir mö’cüzə gətir!"
155. (Saleh) dedi: "Bu, (Allahın mö’cüzəsi olan) dişi (maya) bir dəvədir. Su içmək
növbəsi bir gün onun, bir gün sizindir! (Bir gün çeşmədən o, su içsin, bir gün də siz için.
Bir-birinizə mane olmayın!)
156. Ona heç bir pislik etməyin, yoxsa böyük günün (qiyamət günün) əzabı sizi
yaxalayar!"
157. Amma onlar (dəvəni) tutub kəsdilər, sonra da (əzab qorxusu ilə) peşman oldular.
|