arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
334
91. Cəhənnəm də azğınlara göstərilər.
92. Və onlara belə deyərlər: "İbadət etdikləriniz (bütlər) haradadır?
93. Allahdan başqa (ibadət etdikləriniz?). Onlar sizə kömək edə bilərlərmi? Yaxud
özlərinə bir köməkləri çatarmı?"
94. Onlar (müşriklər) və azğınlar (üzüqoylu üst-üstə) oraya (Cəhənnəmə) atılarlar!
95. İblisin bütün əsgərləri də (ora sürüklənib salınarlar).
96. Onlar orada (öz bütləri və rəisləri ilə) çənə-boğaz olub deyərlər:
97. "Allaha and olsun ki, biz (haqq yoldan) açıq-aydın azmışdıq!
98. Çünki biz sizi (siz bütləri) aləmlərin Rəbbi ilə bərabər tuturduq.
99. Bizi yalnız günahkarlar azdırdı.
100. İndi artıq nə şəfaət edən kimsələrimiz,
101. Nə də bir mehriban dostumuz var!
102. Kaş bir də (dünyaya) dönə biləydik; mö’minlərdən olardıq!"
103. Həqiqətən, bunda (İbrahimin bu hekayətində) bir ibrət vardır. Halbuki onların
(İbrahim qövmünün, yaxud bu əhvalata qulaq asanların) əksəriyyəti iman gətirmədi.
104. Həqiqətən, sənin Rəbbin yenilməz qüvvət, mərhəmət sahibidir! (Kafirlərdən
intiqam alar, tövbə edən bəndələrini bağışlayar!)
105. Nuh tayfası peyğəmbərləri təkzib etdi. (Onlar Nuhu yalançı saydılar. Bir
peyğəmbəri təkzib etmək bütün peyğəmbərləri təkzib etmək deməkdir).
106. O zaman ki, qardaşları Nuh onlara dedi: "Məgər (küfr etməyinizə görə)
qorxmursunuz?
107. Şübhəsiz ki, mən sizin üçün e’tibar olunası (bel bağlanılası) bir peyğəmbərəm!
(Və’dimə xilaf çıxmaz, əmanətə xəyanət etmərəm!)
108. Artıq Allahdan qorxun və mənə itaət edin!
Bizim email:
Dostları ilə paylaş: |