Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə326/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   322   323   324   325   326   327   328   329   ...   630
Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

336 



125. Şübhəsiz ki, mən sizin üçün e’tibar olunası (bel bağlanılası) bir peyğəmbərəm!  

126. Allahdan qorxun və mənə itaət edin!  

127. Mən bunun (dini, risaləti təbliğ etməyin) müqabilində sizdən heç bir muzd (əvəz) 

istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir!  

128. Doğrudanmı siz hər təpədə bir köşk (əlamət) qurub (gəlib-gedənləri məsxərəyə 

qoyaraq) əylənirsiniz?  

129. Sanki (dünyada) əbədi qalacaqsınız deyə (yeraltı) su hövzələri (qalalar, yaxud 

qəsrlər) tikirsiniz!  

130. Və (birini) yaxaladıqda da zalımlar kimi yaxalayırsınız! (Onun vəhşicəsinə döyüb 

öldürürsünüz!)  

131. Artıq Allahdan qorxun və mənə itaət edin!  

132. Qorxun o kəsdən ki, anlayıb bildiyiniz şeyləri (ne’mətləri) sizə əta etdi!  

133. Sizə heyvanat, oğul-uşaq,  

134. Bağlar və çeşmələr verdi!  

135. Mən böyük günün (qiyamət gününün) sizə üz verəcək əzabından qorxuram!"  

136. Onlar dedilər: "Bizə öyüd-nəsihət versən də, verməsən də, bizim üçün eynidir 

(dinimizdən dönən deyilik).  

137. Bu (bizdən) əvvəlkilərin adətindən (gördükləri işlərdən) başqa bir şey deyildir! 

(Yaxud bizə dediyin bu sözlər qədimlərin uydurmalarından başqa bir şey deyildir!)  

138. Və biz əzaba da düçar olmayacağıq!"  

139. Onu (Hudu) yalançı saydılar. Biz də onları məhv etdik. Şübhəsiz ki, bunda (Hudun 

bu hekayətində) bir ibrət vardır. Halbuki onların əksəriyyəti iman gətirmədi.  

140. Həqiqətən, sənin Rəbbin yenilməz qüvvət, mərhəmət sahibidir! (Kafirlərdən 

intiqam alar, tövbə edən bəndələrini bağışlayar!)  

141. Səmud tayfası da peyğəmbərləri təkzib etdi.  




Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   322   323   324   325   326   327   328   329   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin