arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
335
109. Mən bunun (dini, risaləti təbliğ etməyin) müqabilində sizdən heç bir muzd (əvəz)
istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir!
110. Artıq Allahdan qorxun və mənə itaət edin!"
111. Onlar: "Sənə ən rəzil (səfil, yoxsul) adamlar tabe olmuşkən, biz sənə imanmı
gətirəcəyik?" - dedilər.
112. (Nuh) dedi: "Mən onların nə etdiklərini (daxilən nə cür olduqlarını) bilmirəm!
113. Əgər başa düşürsünüzsə, (bilin ki) onların haqq-hesabı (imanlarının zahiri, yaxud
daxili olduğu, ürəkdən iman gətirib-gətirmədikləri) yalnız Rəbbimə aiddir! (Mən ancaq
zahirə baxıram!)
114. Və mən iman gətirənləri qovan da deyiləm!
115. Mən yalnız (günahkarları Allahın əzabı ilə) açıq-aşkar qorxudan bir
peyğəmbərəm!"
116. Onlar dedilər: "Ey Nuh! Əgər (dediyin sözlərdən və bütlərimizi təhqir etməkdən) əl
çəkməsən, mütləq daşqalaq ediləcəksən!"
117. (Nuh) dedi: "Ey Rəbbim! Həqiqətən, qövmüm məni təkzib etdi.
118. Artıq mənimlə onlar arasında Sən hökm ver, məni və mənimlə birlikdə olan
mö’minləri (bu əzabdan) qurtar!
119. Buna görə də Biz onu (Nuhu) və onunla birlikdə yüklü gəmidə olanları xilas etdik.
120. Sonra yerdə qalanları suda boğduq!
121. Şübhəsiz ki, bunda (Nuhun bu hekayətində) bir ibrət vardır. Halbuki onların (Nuh
tayfasının, yaxud bu hekayətə qulaq asanların) əksəriyyəti iman gətirmədi.
122. Həqiqətən, sənin Rəbbin yenilməz qüvvət sahibi, mərhəmət sahibidir! (Kafirlərdən
intiqam alar, tövbə edən bəndələrini bağışlayar!)
123. Ad taydası da peyğəmbərləri təkzib etdi.
124. O zaman ki, qardaşları Hud onlara dedi: "Məgər (küfr etməyinizə, peyğəmbərləri
yalançı saymağınıza görə Allahın əzabından) qorxmursunuz?
|