Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
331
39. (Fir’onun xidmətçiləri tərəfindən camaata) deyildi: "Siz də yığılırsınızmı?
40. Əgər sehrbazlar (Musaya) üstün gəlsələr, güman ki, biz də onlara tabe olarıq!"
41. Sehrbazlar gələn kimi Fir’ona dedilər: "Əgər biz (Musaya) qalib gəlsək, yəqin ki, bizə
bir muzd (mükafat) veriləcək, elə deyilmi?"
42. (Fir’on) dedi: "Bəli! Və üstəlik siz (mənə) yaxın adamlar olacaqsınız!"
43. Musa onlara dedi: "(Sehr alətlərinizdən yerə) nə atacaqsınız, atın!"
44. Onlar iplərini və əsalarını yerə atıb: "Fir’onun şan-şövkətinə (qüdrətinə) and olsun
ki, biz üstün gələcəyik!" - dedilər.
45. Bundan sonra Musa da əsasını (yerə) atdı. (Əsa) dərhal (bir əjdaha olub) onların
hoqqabazlıqla düzəltdiyi şeyləri uddu.
46. Sehrbazlar (bunu görən kimi) səcdəyə qapandılar.
47. Və dedilər: "Biz iman gətirdik aləmlərin Rəbbinə!
48. Musanın və Harunun Rəbbinə!"
49. (Fir’on) dedi: "Mən sizə izin verməmişdən əvvəl siz ona iman gətirdiniz, çünki o,
həqiqətdə sizə sehr öyrətmiş olan böyüyünüzdür. (Heç eybi yoxdur. Əzabımın nə
olduğunu) sözsüz ki, biləcəksiniz. Mütləq əl-ayağınızı çarpaz kəsdirib hamınızı çarmıxa
çəkdirəcəyəm!"
50. (İman gətirmiş sehrbazlar) dedilər: "Zərəri yoxdur, biz öz Rəbbimizə tərəf (Allahın
hüzuruna) dönəcəyik!
51. Biz (sənə tabe olan, yaxud zəmanə əhli içində Musaya və onun təbliğ etdiyi dinə) ilk
iman gətirənlər olduğumuza görə Rəbbimizin xətalarımızı bağışlayacağına ümid
edirik!"
52. (Sonra) Musaya belə vəhy etdik: "Qullarımla birlikdə (Misiri tərk edib) gecə yola çıx.
Siz, şübhəsiz ki, (Fir’onun ordusu tərəfindən) tə’qib ediləcəksiniz!"
53. Fir’on şəhərlərə (əsgər) yığanlar göndərdi.
54. (O, belə deyirdi: ) "Şübhəsiz ki, bunlar (İsrail övladı) kiçik bir tayfadır!
|