Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?


arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə319/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   315   316   317   318   319   320   321   322   ...   630
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

329 



9. Həqiqətən, Rəbbin yenilməz qüvvət, mərhəmət sahibidir! (Kafirlərdən intiqam alar, 

tövbə edən bəndələrini bağışlayar!)  

10. (Ya Rəsulum!) Yadına gətir ki, bir zaman Rəbbin Musaya belə buyurmuşdu: "Get o 

zalım tayfanın yanına -  

11. Fir’on tayfasının yanına (və onlara de ki, Məni qoyub başqalarına ibadət etməkdən, 

İsrail övladlarına əziyyət verməkdən) məgər qorxmurlar?"  

12. (Musa) dedi: "Ey Rəbbim! Onların məni yalançı sayacaqlarından qorxuram!  

13. Ürəyim sıxılır, dilim də açılmır. Buna görə Haruna da (peyğəmbərlik) ver! (Cəbraili 

ona göndərib nübüvvət bəxş et!)  

14. (Bir qibtini öldürdüyümə görə) onların qarşısında boynumda bir günah da var. 

Bunun üçün məni öldürəcəklərindən qorxuram".  

15. (Allah) buyurdu: "Xeyr! (Fir’on səni əsla öldürə bilməz!) Hər ikiniz mö’cüzələrinizlə 

(Fir’onun yanına) gedin. Şübhəsiz ki, Biz də sizinlə birlikdə (Fir’on tayfasının nə 

dediyini) eşidəcəyik!  

16. Fir’onun yanına gedib belə deyin: "Biz aləmlərin Rəbbinin peyğəmbərləriyik!  

17. İsrail oğullarını bizimlə birlikdə (Şama) göndər!" (onlara əzab-əziyyət vermə!)  

18. (Musa Harunla Fir’onun yanına gedib bu sözləri deyəndən sonra Fir’on onu tanıyıb) 

dedi: "Biz səni körpə uşaqkən yanımıza alıb böyütmədikmi? Sən illərcə yanımızda 

qalmadınmı?  

19. Axırda elədiyini də elədin (bir qibtini vurub öldürdün). Sən nankorun birisən!"  

20. (Musa) dedi: "Mən onu edərkən cahillərdən idim. (Mənə hələ peyğəmbərlik bəxş 

edilməmiş, Tövrat nazil olmamışdı).  

21. Buna görə də sizdən qorxub qaçdım. Sonra Rəbbim mənə hikmət (peyğəmbərlik) 

ehsan buyurdu və məni şəriət sahibi olan peyğəmbərlərdən etdi.  

22. Boynuma minnət qoyduğun bu ne’mət də (məni sərbəst buraxıb) İsrail oğullarını 

(özünə) qul etdiyinə görədir. (İsrail övladını kölə etdiyin halda, məni öz yanına alıb 

böyütdüyünü başımamı qaxırsan?)"  




Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   315   316   317   318   319   320   321   322   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin