Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə316/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   312   313   314   315   316   317   318   319   ...   630
Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

326 



60. Onlara (müşriklərə): "Rəhmana (rəhmli olan Allaha) səcdə edin!" - deyildiyi zaman, 

onlar: "Rəhman nədir? Bizə əmr etdiyin şeyə səcdəmi edəcəyik?" - deyə cavab verərlər. 

Bu (səcdə əmri) onların (imana olan) nifrətini daha da artırar.  

61. Səmada bürclər yaradan, orada bir çıraq (günəş) və nurlu ay vücuda gətirən (Allah) 

nə qədər (uca, nə qədər) uludur!  

62. (Allahın qüdrətini həmişə) yada salmaq və (ne’mətlərinə) şükür etmək istəyənlər 

üçün gecəni və gündüzü bir-birinin ardınca gətirən də Odur!  

63. Rəhmanın (əsl) bəndələri o kəslərdir ki, onlar yer üzündə təmkinlə (təvazökarlıqla) 

gəzər, cahillər onlara söz atdıqları (xoşlarına gəlməyən bir söz dedikləri) zaman (onları 

incitməmək üçün) salam deyərlər.  

64. Onlar gecəni Rəbbi üçün səcdə və qiyam (namaz) içində keçirərlər.  

65. Və belə deyərlər: "Ey Rəbbimiz! Cəhənnəm əzabını bizdən sovuşdur. Şübhəsiz ki, 

onun əzabı həmişəlikdir!  

66. Doğrudan da, o, nə pis məskən, nə pis yerdir!"  

67. Onlar (mallarını) xərclədikdə nə israfçılıq, nə də xəsislik edər, bu ikisinin arasında 

orta bir yol tutarlar.  

68. Onlar Allahla yanaşı başqa bir tanrıya ibadət etməz, Allahın haram buyurduğu cana 

nahaq yerə qıymaz (onu öldürməz), zina etməzlər. Hər kəs bunu (bu işləri) etsə, 

cəzasını çəkər.  

69. Qiyamət günü onun əzabı qat-qat olar və (o, əzab) içində zəlil olub əbədi qalar.  

70. Ancaq tövbə edib iman gətirən və yaxşı işlər görənlərdən başqa! Allah onların pis 

əməllərini yaxşı əməllərə çevirər. Allah bağışlayandır, rəhm edəndir!  

71. Hər kəs tövbə edib yaxşı iş görsə, o, şübhəsiz ki, Allaha tərəf yaxşı bir dönüşlə 

(Allahın rizasını qazanmış halda) dönər.  

72. O kəslər ki, yalan yerə şahidlik etməz, faydasız bir şeylə rastlaşdıqları (lağlağı bir 

söhbət eşitdikləri) zaman onlardan üz çevirib vüqarla keçər (özünü ləyaqətlə aparıb 

onlara əhəmiyyət verməz);  




Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   312   313   314   315   316   317   318   319   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin