Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
325
49. Onunla ölü bir yerə can verək, yaratdığımız heyvanları və bir çox (bütün) insanları
sirab edək!
50. (Zati-əqdəsimə) and olsun ki, (onlara verilən ne’mətləri) yada salsınlar deyə, Biz
(həmin suyu) onların arasında paylaşdırdıq. Bununla belə, insanların əksəriyyəti
nankorluqdan başqa bir şey etmədi (nankorluğunda dirənib qaldı).
51. Əgər istəsəydik, hər məmləkətə (insanları əzabımızla) qorxudan bir peyğəmbər
göndərərdik. (Lakin səni, Ya Rəsulum, ən böyük şərəfə nail edib bütün bəşəriyyətə
peyğəmbər göndərdik).
52. (Ya Rəsulum!) Kafirlərə itaət etmə və onlara qarşı (Qur’anla) böyük bir cihad et! (Var
gücünlə vuruş!)
53. Birinin suyu çox şirin, digərininki isə olduqca şor (acı) olan iki dənizi qovuşduran,
aralarında (bir-birinə qarşmamaq üçün) maneə və keçilməz sədd qoyan Odur!
54. İnsanları sudan (nütfədən) yaradan, onları (bir-biri ilə) əsl qohum (qan qohumu) və
sonradan qohum edən Odur. Rəbbin (hər şeyə) qadirdir! (Birinci, ata-ana tərəfdən,
ikinci isə bacı, qız tərəfdən olan qohumluqdur).
55. (Belə olduğu təqdirdə müşriklər) Allahı qoyub özlərinə nə xeyir, nə də zərər verə
bilənlərə (bütlərə) ibadət edirlər. Kafir özünün haqq olan Rəbbinə arxa çevirər. (Və ya
kafir öz Rəbbinə qarşı Şeytana kömək edər).
56. (Ya Rəsulum!) Biz səni yalnız (mö’minlərə Cənnətlə) müjdə verən və (kafirləri
cəhənnəm əzabı ilə) qorxudan bir peyğəmbər olaraq göndərdik.
57. De: "Mən sizdən buna (dini, peyğəmbərliyi təbliğ etməyə) görə heç bir muzd (əvəz)
istəmirəm, ancaq Rəbbinə tərəf doğru yol tapmaq diləyən kimsələr istəyirəm. (Mən öz
peyğəmbərliyimə görə sizdən heç bir şey istəmirəm, lakin iman gətirmiş bir şəxs malını
Allah yolunda sərf etsə, ona da mane olan deyiləm).
58. (Ya Rəsulum!) Ölməz, həmişə diri olana (Allaha) bel bağla və Onu həmd-səna ilə
təqdis et (və ya Onun ne’mətlərinə şükür edərək namaz qıl). (Allahın) Öz bəndələrinin
günahlarından xəbərdar olması (onları layiqincə cəzalandırmağa) kifayət edər.
59. O, göyləri, yeri və onların arasındakıları altı günə xəlq edən, sonra ərşi yaradıb ona
hakim olan Rəhmandır. Bunu bir biləndən (Allahın Özündən və ya Cəbraildən) xəbər
al!
|