Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə323/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   319   320   321   322   323   324   325   326   ...   630
Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

333 



72. (İbrahim) demişdi: "Onları çağırdığınız (dua etdiyiniz) zaman sizi eşidirlərmi?  

73. Yaxud sizə bir xeyir və ya zərər verə bilirlərmi?"  

74. Onlar: "Xeyr, ancaq biz öz atalarımızın belə (ibadət) etdiklərini gördük!" - deyə 

cavab vermişdilər.  

75. (İbrahim) demişdi: "İndi nəyə ibadət etdiyinizi görürsünüzmü?-  

76. Sizin və ulu babalarınızın?  

77. Aləmlərin Rəbbi istisna olmaqla, onlar (sizin bütləriniz) mənim düşmənimdir.  

78. Məni yaradan və məni doğru yola yönəldən Odur!  

79. Məni yedirdən də, içirdən də Odur!  

80. Xəstələndiyim zaman mənə yalnız O, şəfa verir.  

81. Məni öldürəcək, sonra (yenidən) dirildəcək Odur.  

82. Və qiyamət günü xətamı bağışlayacağına ümid etdiyim də Odur!  

83. Ey Rəbbim! Mənə hikmət (peyğəmbərlik, elm) bəxş et və məni (Sənin rizanı 

qazanmış) salehlərlə (yaxşılar zümrəsinə) qovuşdur!  

84. Sonra gələnlər arasında mənə yaxşı ad qismət elə! (Gələcək nəsillər məni həmişə yad 

etsinlər, xatirimi əziz tutub adımı hörmətlə çəksinlər!)  

85. Məni Nəim cənnətlərinin varislərindən et!  

86. Atamı bağışla! Şübhəsiz ki, o, (haqq yolu) azanlardan oldu!  

87. (İnsanların qəbirlərindən çıxardılıb) dirildəcəyi gün (qiyamət günü) məni zəlil 

(rüsvay) etmə!  

88. O gün ki, nə mal-dövlət, nə də övlad bir fayda verər!  

89. Ancaq sağlam (təmiz, daxilində şəkk-şübhəyə, küfrə, şirkə və nifaqa yer olmayan) 

bir qəlblə Allahın hüzuruna gələn kimsədən (mö’minlərdən) başqa!"  

90. (O gün) Cənnət Allahdan qorxub pis əməllərdən çəkinənlərə yaxınlaşdırılar.  




Bizim email:

 


Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   319   320   321   322   323   324   325   326   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin