Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
341
206. Sonra və’d (təhdid) olunduqları (əzab) onlara yetişsə,
207. Onlara verilmiş olan ne’mətlər (əzabımızı) onlardan dəf edə bilməz. (Heç bir şey
onlara veriləcək əzabı geri qaytara bilməz. Əksinə, firavan həyat, bol ne’mət onların
günahlarını, cinayətlərini daha da artırar).
208. Biz heç bir məmləkəti ora peyğəmbər göndərmədən məhv etmədik!
209. (Peyğəmbərləri) öyüd-nəsihət vermək üçün (göndərdik). Biz zalım deyilik!
210. (Qur’anı) əsla şeytanlar endirmədi.
211. Bu onlara layiq deyildir. Onlar (bunu) heç bacara da bilməzlər!
212. Axı onlara (vəhy eşitmək, mələklərin söhbətinə qulaq asmaq) qadağan edilmişdir.
213. Elə isə çəkin, Allahla yanaşı başqa bir tanrıya ibadət etmə, yoxsa əzaba düçar
edilənlərdən olarsan!
214. Və ən yaxşın qohumlarını qorxut!
215. Sənə tabe olan mö’minləri qanadın altına al! (Onlarla yumşaq davran, nəzakətlə
rəftar et, köməklərinə çat!)
216. Əgər (yaxın qohumların, əşirətin) sənə qarşı çıxsalar, onlara belə de: "Şübhəsiz ki,
mən sizin əməllərinizdən uzağam!"
217. Və yenilməz qüvvət sahibinə, mərhəmət sahibidə təvəkkül et!
218. O Allah ki, səni namaza duranda da görür,
219. Səcdə edənlər içində dolananda da.
220. Həqiqətən, (hər şeyi) eşidən, bilən Odur!
221. (Ey müşriklər!) Şeytanların kimə nazil olduqlarını sizə xəbər verimmi?
222. Onlar hər bir yalançıya, günahkara nazil olarlar.
223. (Şeytanlar mələklərdən oğrun-oğrun) eşitdikləri (adda-budda) sözləri onlara təlqin
edərlər. (Yaxud kahinlər şeytanların uydurmalarına qulaq asarlar). Onların əksəriyyəti
yalançıdır!
|