Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
339
174. Şübhəsiz ki, bunda (Lutun bu hekayətində) bir ibrət vardır. Halbuki onların
əksəriyyəti iman gətirmədi.
175. Həqiqətən, sənin Rəbbin yenilməz qüvvət, mərhəmət sahibidir! (Kafirlərdən
intiqam alar, tövbə edən bəndələrini bağışlayar!)
176. Əykə əhli də peyğəmbərləri təkzib etdi.
177. O zaman ki, Şüeyb onlara dedi: "Məgər (küfr etdiyinizə, peyğəmbərləri yalançı
saydığınıza görə Allahın əzabından) qorxmursunuz?
178. Şübhəsiz ki, mən sizin üçün e’tibar olunası (bel bağlanılası) bir peyğəmbərəm!
(Və’dimə xilaf çıxmaz, əmanətə xəyanət etmərəm!)
179. Artıq Allahdan qorxun və mənə itaət edin!
180. Mən bunun (Allahın hökmlərini, risaləti təbliğ etməyin) müqabilində sizdən heç bir
muzd (əvəz) istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir!
181. Ölçüdə düz olun, (onu) əskildənlərdən olmayın!
182. Düz tərəzi ilə çəkin!
183. İnsanların haqqını azaltmayın! (Camaatın malını əskiltməyin. Kimin haqqı nədirsə,
onu da verin!) Yer üzündə fitnə-fəsad törətməyin!
184. Və sizi də, sizdən əvvəlki nəsilləri də yaradandan qorxun!"
185. Onlar dedilər: "Həqiqətən, sən (əməlli-başlı) ovsunlanmışlardansan! (Divanənin
birisən! Sən hara, peyğəmbərlik hara?)
186. Sən də bizim kimi adi bir insansan! Bizə elə gəlir ki, sən yalançının birisən!
187. Əgər, doğru danışanlardansansa (həqiqi peyğəmbərsənsə), göyün bir parçasını
üstümüzə endir!"
188. (Şüeyb) dedi: "Sizin nələr etdiyinizi Rəbbim daha yaxşı bilir!"
189. Nəhayət, onu (Şüeybi) təkzib etdilər və buna görə də buludlu günün (qızmar
günəşdən sonra peyda olan qara buludun) əzabı onları yaxaladı. Həqiqətən, o, böyük
(müdhiş) bir günün əzabı idi.
|