Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə339/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   335   336   337   338   339   340   341   342   ...   630
Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

349 



Allaha) bərabər tutan bir tayfadırlar! (Yaxud onlar qəsdən haqq yoldan yayınan bir 

qövmdürlər!)  

61. (Bütlər yaxşıdır) yoxsa yeri (sizin üçün) məskən yaradıb ortasında çaylar axıdan, 

üzərində (titrəməsin deyə) möhkəm durmuş dağlar bərqərar edən və (şirin və şor suları 

bir-birinə qarışmasın deyə) iki dənizin arasında maneə qoyan kimsə?! Məgər Allahla 

yanaşı başqa bir tanrımı var?! Lakin (müşriklərin) əksəriyyəti (Allahın vəhdaniyyətini, 

Onun nə qədər əzəmətli olduğunu) bilmirlər!  

62. (Bütlər yaxşıdır) yaxud əli hər yerdən üzülüb darda qalan birisi Ona dua etdiyi 

zaman onun duasını qəbul buyuran, (sizdən) şəri sovuşduran, sizi yer üzünün varisləri 

edən kimsə? Məgər Allahla yanaşı başqa bir tanrımı var? Siz nə az düşünüb 

danışırsınız?  

63. Yaxud qurunun və suyun (səhranın və dənizin) zülmətlərində sizə doğru yol 

göstərən, küləkləri Öz rəhməti (yağışı) önündə bir müjdəçi olaraq göndərən kimsə?! 

Məgər Allahla yanaşı başqa bir tanrımı var?! Allah (müşriklərin) Ona şərik 

qoşduqlarından (bütlərdən) ucadır!  

64. Yaxud (məxluqatı) öncə yaradan (öldükdən) sonra (qiyamət günü) onu yenidən 

dirildən, sizə göydən (yağışla), yerdən (növbənöv bitkilərlə, meyvələrlə) ruzi verən 

kimsə?! Məgər Allahla yanaşı başqa tanrımı var?" De: "(Ey müşriklər!) Əgər (Allahın 

şərikləri olduğunu) doğru deyirsinizsə, dəlilinizi gətirin!"  

65. (Ya Rəsulum!) De: "Allahdan başqa göylərdə və yerdə olan heç kəs qeybi bilməz! 

Onlar yenidən nə vaxt diriləcəklərini də bilməzlər!  

66. Xeyr, onların (müşriklərin) elmi axirəti qavrayıb dərk edə bilməz. Xeyr, onlar 

(axirət) barəsində şəkk-şübhə içindədirlər. Xeyr, onlar ona qarşı kordurlar!" (Müşriklər 

axirətə inanmadıqları halda, nə üçün onun barəsində sual verirlər?! Məgər onların elmi 

belə bir sual verməyə kifayətdirmi?! Və ya müşriklər axirət haqqında yalnız 

qəbirlərindən çıxardılıb dirildiləcəkləri zaman biləcəklər ki, bu da onlara heç bir fayda 

verməyəcəkdir!)  

67. Kafirlər dedilər: "Məgər bizlər və atalarımız torpaq olduqdan sonra (dirildilib 

qəbirlərimizdən) çıxardılacağıq?  

68. Həqiqətən, bu (dirilmə) bizə və’d olunduğu kimi, öncə atalarımıza da (və’d 

olunmuşdu). Bu, qədimlərin əfsanələrindən (yalan sözlərindən) başqa bir şey deyildir!"  




Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   335   336   337   338   339   340   341   342   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin