Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə341/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   337   338   339   340   341   342   343   344   ...   630
Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

351 



82. Onlara deyilən söz yerinə yetdiyi (qiyamət yaxınlaşdığı) zaman onlar üçün yerdən 

(mö’minlərlə kafirləri xüsusi nişanla bir-birlərindən ayıran) bir heyvan çıxardarıq ki, 

onlarla danışıb (Bizim adımızdan): "İnsanlar ayələrimizə inanmırdılar!" - deyər.  

83. O gün hər ümmətdən ayələrimizi təkzib edənləri dəstə-dəstə yığarıq. Sonra onlar 

(bir yerə cəm edilib məhşərə) sürüklənərlər.  

84. Onlar (haqq-hesab yerinə) gəlib çatdıqda (Allah) buyurar: "Ayələrimizi 

anlamadığınız (bilmədiyiniz) halda, onları yalanmı hesab edirdiniz? Yaxud siz 

(dünyada) nə edirdiniz? (O nə iş idi ki, görürdünüz?)"  

85. Etdikləri zülm (küfr) üzündən onlara deyilən söz yerinə yetər (və’d olunduqları 

əzab, müsibət başlarına gələr). Onlar heç danışa da bilməzlər!  

86. Məgər gecəni onların istirahəti üçün (qaranlıq) yaratdığımızı, gündüzü isə (işlərini 

görmək, ruzi qazanmaq üçün) işıqlı etdiyimizi görmürlərmi? İman gətirən bir tayfa 

üçün bunda (Allahın vəhdaniyyətinə, qüdrətinə dəlalət edən) əlamətlər vardır.  

87. Sur çalınacağı gün Allahın istədiklərindən (məhrəm mələklərdən, yaxud Allahın 

yanında həmişə diri olan şəhidlərdən) başqa, göylərdə və yerdə olanlar (bütün 

məxluqat) dəhşətli bir qorxuya düşər və onların hamısı Onun hüzuruna müt’i (zəlil) 

vəziyyətdə gələr.  

88. (O gün) dağlara baxıb onları donmuş (hərəkətsiz durmuş) zənn edərsən, halbuki 

onlar bulud keçdiyi kimi keçib gedərlər. Bu, hər şeyi bacarıqla (yerli-yerində) edən 

Allahın gördüyü işdir. Həqiqətən, O, etdiyiniz (bütün) əməllərdən xəbərdardır!  

89. Hər kəs (Rəbbinin hüzuruna) yaxşı əməllə (tövhid kəlməsi ilə, səmimi-qəlbdən 

imanla) gəlsə, onu (bu əməlin) müqabilində daha yaxşı bir mükafat (Cənnət) gözləyir. 

Belələri o gün (qiyamət günü) dəhşətli qorxudan da əmin olarlar.  

90. (Rəbbinin hüzuruna) pis əməllə gələnlər isə cəhənnəm oduna üzüstə atılarlar. 

(Mələklər onlara belə deyərlər: ) "Bu, yalnız (dünyadakı pis) əməllərinizin cəzasıdır! 

(Sizə artıq heç bir şey edilmir!)"  

91. (Ya Rəsulum! De: ) "Mənə ancaq bu şəhərin (Məkkənin) Rəbbinə ibadət etmək əmr 

olumuşdur. Elə bir şəhər ki, (Rəbbim) onu müqəddəs tutmuşdur. (Orada qan tökmək, 

bir kəsə zülm etmək qadağan olunmuşdur. Başqa yerdə halal olan şeylər orada haram 

buyurulmuşdur). Hər şey yalnız Onundur. Mənə müsəlman (Allaha təslim) olmaq əmr 

edilmişdir!  




Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   337   338   339   340   341   342   343   344   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin