Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
359
küfr edəndən) haqq yolu daha çox azmış kim ola bilər?! Allah zalım tayfanı doğru
yolda müvəffəq etməz!
51. Həqiqətən, Biz sözü (Qur’anı, keçmişlərə aid xəbərləri) onlar üçün bir-birinin
ardınca (müfəssəl) izah etdik ki, bəlkə, öyüd-nəsihət qəbul etsinlər. (Bunlardan ibrət
alıb iman gətirsinlər!)
52. (Qur’andan) əvvəl kitab vermiş olduğumuz kəslər (mö’min yəhudi və xaçpərəstlər)
ona inanırlar.
53. Onlara (Qur’an) oxunduğu zaman: "Biz ona inandıq. Doğrudan da, Rəbbimizdən
(nazil olmuş) haqdır. Biz ondan əvvəl də müsəlman (təkallahlı, Allahın vəhdaniyyətini
qəbul edib yalnız Ona itaət və ibadət edən kəslər) idik!" - deyirlər.
54. (İki kitaba - Tövrata və Qur’ana inandıqları üçün müşriklərin gördükləri əzab-
əziyyətə) səbr etdiklərinə görə onlara iki dəfə mükafat veriləcəkdir. Onlar pisliyi
yaxşılıqla dəf edər və özlərinə verdiyimiz ruzidən (ehtiyacı olanlara) sərf edərlər.
55. Onlar boş (yersiz) bir söz eşitdikləri zaman ondan üz çevirib: "Bizim əməllərimiz
bizə, sizin əməlləriniz də sizə aiddir. (Hərə öz əməlinə cavabdehdir). Sizə salam olsun!
(Salamat qalın. Bizimki bizdə, sizinki də sizdə!) Biz cahilləri (cahillərlə yoldaşlıq etmək,
onların söz-söhbətinə qulaq asmaq, sonra da onlarla çənə-boğaz olmaq) istəmirik!" -
deyirlər.
56. (Ya Rəsulum!) Şübhəsiz ki, sən istədiyini doğru yola yönəldə bilməzsən. Amma
Allah dilədiyini doğru yola salar. Doğru yolda olacaq kəsləri (öz əzəli elmi ilə) daha
yaxşı O bilir! (Və buna görə də onları haqq yola müvəffəq edir!)
57. (Qüreyşlilər) dedilər: "Əgər biz səninlə bilikdə haqq yolu (islam dinini) tutub getsək,
(əksəriyyəti təşkil edən müşriklərin əli ilə) yurdumuzdan tezliklə didərgin salınarıq".
Məgər Biz onları Özümüzdən bir ruzi olaraq hər yerin meyvəsinin (hər cür meyvənin)
daşınıb gətirildiyi, (daxilində Kə’bə yerləşən) qorxusuz-xətərsiz (müqəddəs) bir yerdə
(Məkkədə) sakin etmədikmi? Lakin onların əksəriyyəti (Allahın onlara bəxş etdiyi bu
ne’mətin qədrini) bilməz!
58. Biz xoş güzəranına naşükür olub qürrələnən neçə-neçə məmləkəti (məmləkət əhlini)
həlak etdik. Bu onların özlərindən sonra yalnız az bir hissəsi məskun olan (bomboş,
xaraba qalmış) yurdlarıdır. Onlara Biz varis olduq.
|