Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə357/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   353   354   355   356   357   358   359   360   ...   630
Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

367 



27. Biz ona (İbrahimə) İshaqı və Yə’qubu bəxş etdik, peyğəmbərliyi və kitabı onun 

nəslinə əta etdik, dünyada onun mükafatını verdik. O, axirətdə də mütləq (yüksək 

dərəcələrə layiq) salehlərdən olacaqdır!  

28. (Ya Rəsulum!) Lutu da (yad et)! Bir zaman o öz qövmünə demişdi: "Doğrudanmı siz 

özünüzdən əvvəl aləmlərdən (bəşər əhlindən, ins və cindən) heç kəsin etmədiyi iyrənc 

bir işi görürsünüz?  

29. Həqiqətən siz (şəhvətlə) kişilərə yaxınlaşır, (müsafirlərin namusuna toxunmaq, 

mallarını əllərindən almaq üçün) yol kəsir və məclislərinizdə (bir-birinizlə) çirkin iş 

görürsünüz?" Tayfasının (Lutun sözlərinə) cavabı ancaq: "Əgər doğru 

danışanlardansansa, bizə Allahın əzabını gətir!" - deməkdən ibarət oldu.  

30. (Lut: ) "Ey Rəbbim! Fitnə-fəsad törədən qövmə qarşı mənə yardım et!" - dedi.  

31. Elçilərimiz (mələklər) İbrahimə (İshaqın, sonra da Yə’qubun doğulacağı barədə) 

müjdə gətirdikləri zaman: "Biz bu məmləkət əhlini məhv edəcəyik, çünki onlar 

zalımdirlar (Allaha asi olmaqla, onun peyğəmbərini təkzib etməklə, çirkin işlər 

görməklə özləri-özlərinə zülm edirlər)", dedilər.  

32. (İbrahim) dedi: "Orada (onların içində Allahın mö’min bəndəsi) Lut da var!" Onlar: 

"Biz orada kimin olduğunu (hamıdan) yaxşı bilirik. Biz onu və ailəsini mütləq xilas 

edəcəyik. Yalnız övrətindən başqa. O (əzab içində) qalanlardan olacaq!" - deyə cavab 

verdilər.  

33. Elçilərimiz Lutun yanına gəldikdə (Lut) onlara görə kədərləndi və ürəyi qısıldı. 

(Mələklər Lutun yanına cavan, qəşəng oğlanlar qiyafəsində gəldikləri üçün o öz 

tayfasının onlara pislik yetirəcəyindən qorxub mə’yus oldu). Onlar dedilər: "Qorxma və 

kədərlənmə. Biz səni və ailəni xilas edəcəyik. Yalnız övrətindən başqa. O (əzab içində) 

qalanlardan olacaq!  

34. Biz etdikləri pozğunluğa (günahlara) görə bu məmləkət əhlinin başı üstünə göydən 

bir əzab endirəcəyik!"  

35. Həqiqətən, Biz dərindən düşünən bir qövm üçün (baxıb ibrət aslsınlar deyə) o 

məmləkətdən açıq-aydın bir nişanə (xarabalıq) qoyduq.  

36. Mədyənə də qardaşları Şüeybi (peyğəmbər göndərdik). O dedi: "Ey qövmüm! 

Allaha ibadət edin! Qiyamət gününə inanın! (Dünyada ibadət etməklə qiyamət gününə 

ümid bəsləyib savab işlər görün. Onun əzabından qorxun!) Yer üzündə fitnə-fəsad 

törətməyin!"  





Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   353   354   355   356   357   358   359   360   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin