Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə359/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   355   356   357   358   359   360   361   362   ...   630
Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

369 



həm özümüzə nazil olana (Qur’ana), həm də sizə nazil olana (Tövrata və İncilə) 

inanırıq. Bizim də Allahımız, sizin də Allahınız birdir. Biz yalnız ona təslim olanlarıq!"  

47. (Səndən əvvəlki peyğəmbərlərə necə kitab nazil etmişdiksə) Qur’anı da sənə belə 

nazil etdik. (Abdullah ibn Salam kimi) kitab (Tövrat) verdiyimiz şəxslər ona (Qur’ana) 

inanırlar. Bunlardan (Məkkə camaatından) da inananlar var. Bizim ayələrimizi yalnız 

kafirlər inkar edərlər!  

48. (Ya Rəsulum!) Sən bundan (bu Qur’andan) əvvəl nə bir kitab oxumusan, nə də onu 

əlinlə yazmısan. Əgər belə olsaydı, onda batilə uyanlar (onun barəsində) şəkk-şübhəyə 

düşərdilər (Onu hardansa oxuyub öyrənmişdir, deyərdilər).  

49. Xeyr, bu (Qur’an) elm verilmiş kəslərin sinələrində (əzbər) olan açıq-aydın ayələrdir. 

(Və ya: sənin yazıb oxumaqla məşğul olmadığını kitab əhlindən olan elm sahibləri öz 

ürəklərində açıq-aşkar bilirlər). Bizin ayələrimizi yalnız zalımlar (kafirlər) inkar edərlər.  

50. (Müşriklər: ) "Bəs nə üçün Rəbbindən ona (başqa peyğəmbərlər kimi) mö’cüzə nazil 

olmadı?" - dedilər. (Ya Rəsulum!) De: "Mö’cüzələr ancaq Allahın əlindədir. Mən isə 

sadəcə olaraq (insanları Allahın əzabı ilə) açıq-aşkar qorxudan bir peyğəmbərəm!"  

51. Məgər (müşriklər) oxunmaqda olan Kitabı sənə nazil etməyimiz onlara kifayət 

etmədimi? Həqiqətən, bunda iman gətirən bir tayfa üçün həm mərhəmət, həm də öyüd-

nəsihət (ibrət) vardır!  

52. De: "Mənimlə sizin aranızda Allahın şahid olması kifayət edər. O, göylərdə və yerdə 

nə olduğunu bilir. Batilə inanıb Allahı inkar edənlər, şübhəsiz ki, ziyana uğrayanlardır!"  

53. (Müşriklər istehza ilə) səni tələsdirib əzabın tez gəlməsini istəyirlər. Əgər (bunun 

üçün) əvvəlcədən müəyyən edilmiş bir vaxt olmasaydı, sözsüz ki, əzab onlara gələrdi. 

Şübhəsiz ki, (əzab) onlara qəflətən, özləri də hiss etmədən gələcəkdir.  

54. Onlar səndən əzabın tez gəlməsini istəyirlər. Həqiqətən, Cəhənnəm kafirləri 

qaplayacaqdır!  

55. O gün əzab onları başlarının üstündən, ayaqlarının altından saracaqdır. (Allah) 

onlara: "Etdiyiniz əməllərin cəzasını dadın!" - deyə buyuracaqdır.  

56. Ey iman gətirən bəndələrim! (Əgər hər hansı bir yerdə islamiyyətə görə sizi incidib 

əziyyət verirlərsə, orada sizi ölüm təhlükəsi gözləyirsə, yaxud dini vəzifələrinizi 

lazımınca yerinə yetirə bilmirsinizsə, başqa şəhərlərə və ölkələrə hicrət edə bilərsiniz. 





Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   355   356   357   358   359   360   361   362   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin