Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
368
37. Amma (mədyənlilər) onu təkzib etdilər. Buna görə də onları (dəhşətli) bir sarsıntı
(zəlzələ) bürüdü. Onlar dizüstə çöküb evlərində qaldılar (hamısı həlak oldu).
38. Biz Adı və Səmudu da məhv etdik. (Ey Məkkə əhli! Onların başlarına nələr
gətirdiyimiz xaraba qalmış) məskənlərindən sizə bəllidir. Şeytan (çirikn) əməllərini
onlara gözəl göstərib gözləri görə-görə onları haqq yoldan çıxartdı.
39. Biz Qarunu da, Fir’onu da, Hamanı da (məhv etdik). Musa onların yanına açıq-
aydın dəlillərlə gəldi. Lakin onlar yer üzündə (Misirdə) təkəbbürlük etdilər və (buna
görə də əzabımızdan) sovuşa bilmədilər!
40. Biz onların hər birini öz günahı ilə yaxaladıq (hərəyə öz günahına görə cəza verdik).
Kiminin başı üstünə (qasırğa ilə) qızmar daş yağdırdıq, kimini dəhşətli (tükürpədici)
səs yaxaladı, kimini yerə gömdük, kimini də suya qərq etdik. Allah onlara zülm
etmirdi, onlar özləri özlərinə zülm edirdilər.
41. Allahdan başqa özlərinə dost (hami) qəbul edənlər özünə yuva qurmuş hörümçəyə
bənzəyirlər. Evlərin ən zəifi isə, şübhəsiz ki, hörümçək yuvasıdır. Kaş biləydilər!
(Hörümçək toru möhkəm olmayıb adicə bir yel nəticəsində dağıldığı kimi, onların bu
dostlarının da heç bir e’tibarı yoxdur. Bərk ayaqda onları qoyub qaçarlar).
42. Şübhəsiz ki, Allah onların Allahı qoyub nəyə ibadət etdiklərini bilir. O, yenilməz
qüvvət sahibi, hikmət sahibidir!
43. Biz bu məsəlləri insanlar üçün çəkirik. Onları yalnız (haqqı) bilənlər anlayarlar.
44. Allah göyləri və yeri haqq olara (lazımınca) yaratdmışdır. Həqiqətən, bunda (bu
yaradılışda) mö’minlər üçün bir ibrət vardır!
45. (Ya Rəsulum!) Qur’anda sənə vəhy olunanı oxu və (vaxtı-vaxtında) namaz qıl.
Həqiqətən, namaz (insanı) çirkin və pis əməllərdən çəkindirər. Allahı zikr etmək
(Allahın calalını və əzəmətini həmişə, hər yerdə yada salmaq), şübhəsiz ki, (savab
e’tibarilə bütün başqa ibadətlərdən) daha böyükdür. Allah nə etdiklərinizi (bütün yaxşı
və pis əməllərinizi) bilir!
46. Kitab əhlinin zülm edənləri (cizyə verməyənləri, sizinlə vuruşmaq istəyənləri)
istisna olmaqla, onlarla ən gözəl tərzdə mücadilə edin! (Onlarla xoş rəftar edib
ürəklərini ələ alın və özünüzdən incitməyin. Onların kobudluğuna nəzakətlə,
qəzəblərinə soyuqqanlıqla cavab verin. Nalayiq işlər gördükdə nəsihət edib düz yola
çağırın. Yox, əgər üstünüzə silah qaldırsalar, siz də silahlanıb onlarla vuruşun və onları
təslim olmağa, cizyə verməyə məcbur edin!) Və (onlarla söhbət etdikdə) belə deyin: "Biz
|