Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə356/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   352   353   354   355   356   357   358   359   ...   630
Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

366 



18. (Ey Məkkə əhli!) Əgər (məni) təkzib etsəniz, (bilin ki) sizdən əvvəlki ümmətlər də 

(öz peyğəmbərlərini) təkzib etmişdilər. Peyğəmbərin vəzifəsi ancaq (dini, Allahın 

hökmlərini, risalətini) açıq-aşkar təbliğ etməkdir!  

19. Məgər onlar (kafirlər) Allahın məxluqatı əvvəlcə (yoxdan) necə yaratdığını, sonra da 

onu (qiyamət günü) yenidən dirildəcəyini bilmirlərmi? Həqiqətən, bu, Allah üçün 

asandır! (Allah insanı əvvəlcə nütfədən, sonra laxtalanmış qandan, daha sonra bir bir 

parça ətdən yaradır. İnsan anadan olandan sonra ömrünün uşaqlıq, yeniyetməlik, 

yetkinlik, ahıllıq, qocalıq çağlarını yaşayır və nəhayət, ölür. Allah bütün məxluqatı 

yoxdan yaratdığı kimi, qiyamət günü onları yenidən dirildəcəkdir!)  

20. (Ya Rəsulum!) De: "Yer üzünü gəzib (Allahın) məxluqatı (ilk əvvəldən) nə cür 

yaratdığına baxın. Sonra da Allah axirət həyatını yaradacaqdır. (Birinci yaradılışdan 

sonra ikinci yaradılış gələcəkdir). Allah hər şeyə qadirdir!  

21. (Allah) istədiyinə əzab verər, istədiyini də bağışlayar. Siz (qiyamət günü) məhz 

Onun hüzuruna qaytarılacaqsınız!  

22. Siz nə yerdə, nə də göydə (Allahı) aciz buraxa bilməzsiniz! (Yerdə də olsanız, göyə 

də çıxsanız Allahın əzabından qaçıb canınızı qurtara bilməzsiniz!) Allahdan başqa sizin 

nə bir haminiz, nə də bir mədədkarınız var!"  

23. Allahın ayələrini və Onunla qarşılaşacaqlarını (qiyamət günü dirilib haqq-hesab 

üçün hüzurunda duracaqlarını) inkar edənlər Mənim mərhəmətimdən ümidlərini 

üzənlərdir. Onları ağrılı-acılı bir əzab gözləyir.  

24. Tayfasının (İbrahimin sözlərinə) cavabı: "Onu öldürün, yaxud da yandırın!" - 

deməkdən başqa bir şey olmadı. Amma Allah onu oddan xilas etdi. Həqiqətən, bunda 

iman gətirən bir tayfa üçün ibrətlər vardır!  

25. (İbrahim onlara) dedi: "Sizin Allahı qoyub bütləri tanrı qəbul etməyiniz yalnız 

dünyada (dolanıb keçinmək xatirinə) aranızda olan dostluğa (məhəbbətə) görədir. 

Sonra da qiyamət günü bir-birinizi inkar edəcək, bir-birinizə lə’nət oxuyacaqsınız. 

Məskəniniz cəhənnəm odu olacaq, özünüzə də (Allahın əzabından qurtarmağa) kömək 

edən kimsələr tapılmayacaqdır!"  

26. Bunda sonra Lut (hamıdan əvvəl İbrahimə) iman gətirdi (onun peyğəmbərliyini 

təsdiq etdi). (İbrahim) dedi: "Mən (qövmümü tərk edib) Rəbbimin əmr etdiyi yerə 

(Kufənin Kusa kəndindən Hərrana, oradan da Fələstinə) hicrət edəcəyəm. Həqiqətən, 

yenilməz qüvvət sahibi, hikmət sahibi Odur!"  





Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   352   353   354   355   356   357   358   359   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin