Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə345/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   341   342   343   344   345   346   347   348   ...   630
Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

355 



düşmənlərindən (qibtilərdən) idi. (Musanın) adamlarından olan kəs düşməninə qarşı 

ondan imdad istədi. Musa onu (əli, yaxud əsası ilə) vurub öldürdü və dedi: "Bu, Şeytan 

əməlindəndir. Həqiqətən, o, açıq-aşkar bir düşməndir, (insanı haqq yoldan) azdırandır!"  

16. (Musa) dedi: "Ey Rəbbim! Şübhəsiz ki, mən (bu qibtini vurub öldürməklə) özüm-

özümə zülm etdim. Buna görə məni bağışla!" (Allah Musanı) bağışladı. Həqiqətən, O, 

(bəndələrini) bağışlayandır, rəhm edəndir!  

17. (Musa) dedi: "Ey Rəbbim! Mənə bəxş etdiyin ne’mət haqqı (günahımı bağışlamağına 

and içirəm ki) mən əsla günahkarlara arxa olamayacağam!"  

18. Beləliklə, (Musa qibtini öldürdüyündən) qorxaraq səhəri şəhərdə nigaranlıq içində 

qarşıladı. (Bir də nə görsə yaxşıdır!) Dünən ondan imdad diləyən kəs (bu gün də başqa 

bir qibti ilə vuruşaraq) fəryad çəkib yenə onu köməyə çağırdı. Musa ona dedi: "Sən 

(gündə biri ilə vuruşduğun üçün), doğrudan da, açıq-aşkar bir azğınsan!"  

19. (Musa) onların hər ikisinin (həm özünün, həm də onu köməyə səsləyən yəhudinin) 

düşməni (olan bu ikinci qibtini) yaxalamaq istədikdə (həmin yəhudi Musanın ona 

hücum etmək istədiyini zənn edərək) dedi: "Ya Musa! Sən dünən birini vurub 

öldürdüyün kimi, mənidəmi öldürmək istəyirsən? Sən yer üzündə (Misir torpağında) 

ancaq bir zalım olmaq istəyirsən! Sən xeyirxahlıq (insanları islah) edənlərdən olmaq 

istəmirsən!"  

20. (Yəhudinin bu sözündən sonra dünən öldürülən qibtinin qatilinin Musa olduğu 

bütün Misir xalqına bəlli oldu. Bu xəbər Fir’ona çatdıqda o, Musadan qisas almaq 

istədi). Şəhərin kənarından (Fir’onun şəhərin ucqarında yerləşən sarayından) bir nəfər 

çaparaq gəlib dedi: "Ya Musa! Ə’yan-əşraf səni öldürmək barəsində məsləhət-məşvərət 

edirlər. Elə bu saat (şəhərdən) çıx get. Mən, həqiqətən, sənin xeyirxahlarındanam!"  

21. (Musa) qorxu içində (ətrafına) göz qoya-qoya oradan (şəhərdən) çıxıb: "Ey Rəbbim! 

Məni bu zalım tayfanın əlindən qurtar!" - dedi.  

22. O, Mədyən tərəfə yönəldiyi zaman dedi: "Ola bilsin ki, Rəbbim mənə (Mədyənə 

aparıb çıxaran) doğru yolu göstərsin!"  

23. (Musa) Mədyən kənarındakı bir quyuya çatanda onun başında (heyvanlarını 

sulayan) bir dəstə adam və onlardan başqa (qoyunlarını özgə heyvanlara qarışmasın 

deyə) geri çəkən iki qadın (qız) görüb dedi: "Sizə nə olub (dərdiniz nədir)?" Onlar: 

"Çobanlar (heyvanlarını) sulayıb getməmiş biz (qoyunlarımıza) su vermirik. Atamız da 

ixtiyar bir qocadır (buna görə qoyunları sulamağa biz gətiririk)", - deyə cavab verdilər.  





Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   341   342   343   344   345   346   347   348   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin