Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
345
19. (Süleyman qarışqanın) bu sözündən gülümsəyib dedi: "Ey Rəbbim! Mənə mənim
özümə və ata-anama ehsan buyurduğun ne’mətə şükür etmək, Sənin razı qalacağın
yaxşı iş görmək üçün ilham (qüvvət) ver! Və məni öz mərhəmətinə saleh bəndələrinin
zümrəsinə daxil et!"
20. Sonra (Süleyman) quşları yoxlayıb dedi: "(Torpaq altında suyun harada olduğunu
bilən) Hüdhüdü (şanapipiyi) niyə görmürəm? Yoxsa o burada yoxdur?
21. And olsun ki, ona şiddətli bir əzab verər, ya da tutub kəsərəm (boğazını üzərəm).
Yaxud da o (üzrlü səbəbə görə burada olmaması üçün) aşkar bir dəlil gətirsin!"
22. Bir azdan (Hüdhüd) gəlib dedi: "Sənin bilmədiyin bir şeyi öyrəndim. Sənə Səbadan
doğru bir xəbər gətirmişəm.
23. Mən onlara (Səba əhlinə) padşahlıq edən bir qadın gördüm. Ona (dünyada şahlara
lazım olan) hər şey verrilmişdir. Onun çox böyük (əzəmətli) bir taxtı vardır.
24. Mən onun və tayfasının Allahı qoyub günəşə sitayiş etdiklərini gördüm. Şeytan
(çirkin) əməllərini onlara gözəl göstərmiş, onları (doğru) yoldan sapdırmışdır. Buna
görə də haqq yolunu tapa bilmirlər.
25. Göylərdə və yerdə pünhan olanı (yağışı, bitkiləri) aşkara çıxardan, onların gizlində
və aşkarda etdikləri hər şeyi bilən Allaha səcdə etməsinlər deyə (Şeytan belə etmişdir).
26. O böyük ərşin Rəbbi (sahibi) olan Allahdan başqa heç bir tanrı yoxdur!"
27. (Süleyman Hüdhüdə) dedi: "Baxaq görək doğru deyirsən, yoxsa yalançısan!
28. Mənim bu məktubumu aparıb (göydən) onlara at, sonra yaxın bir yerə çəkilib dur,
bax gör nə cavab verəcəklər!"
29. (Səba hökmdarı Bəlqis Süleymanın məktubunu alıb oxuyandan sonra) dedi: "Ey
ə’yanlar! Mənə çox hörmətli bir məktub göndərildi (atıldı).
30. O məktub Süleymandandır və o "bismillahir-rəhmanır-rəhim"lədir (bismillahla
başlanır).
31. (Məzmunu belədir: ) "Mənə qarşı təkəbbür göstərməyin və yanıma müt’i
(müsəlman) olaraq gəlin! (Mənim də’vətimə saymazlıqla yanaşmayın. Allaha təslim
olaraq yanıma gəlin)".
|