arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
321
7. (Müşriklər) dedilər: "Bu necə peyğəmbərdir ki, yemək yeyir, bazarları gəzib dolaşır?
Məgər ona özü ilə birlikdə (insanları Allahın əzabı ilə) qorxudan (və onun həqiqi
peyğəmbər olduğunu təsdiq edən) bir mələk göndərilməli deyilmi?
8. Yaxud ona (ruzi qazanmaqdan ötrü bazarları dolaşmasın deyə göydən) bir xəzinə
endirməli və ya ondan (onun meyvəsindən) yeyib dolanmaq üçün bir bağı olmalı
deyildimi?" Zalımlar (müşriklər mö’minlərə) dedilər: "Siz ancaq ovsunlanmış (buna
görə də ağlını itirmiş) bir adama tabe olursunuz!"
9. (Ya Rəsulum!) Bir gör sənin barəndə necə məsəllər çəkdilər! (Səni divanəyə
bənzətdilər, peyğəmbərliyinin həqiqi olduduğunu təsdiq etmək üçün göydən mələk
endirilməsini tələb etdilər!) Artıq (doğru yoldan) azdılar və bir daha (haqqa) yol tapa
bilməzlər!
10. (Ya Rəsulum!) Əgər istəsə, sənə ondan (müşriklərin dediklərindən) daha yaxşısını -
(ağacları) altından çaylar axan cənnətlər verə bilən, sənin üçün qəsrlər yarada bilən
Allah nə qədər (uca, nə qədər) uludur!
11. Lakin onlar (təkcə səni deyil) o saatı da (qiyaməti də) yalan saydılar. Biz də o saatı
(qiyaməti) yalan hesab edənlər üçün (Cəhənnəmdə) şiddətli bir atəş hazırladıq.
12. O (atəş) onları uzaqdan görüncə (kafirlər) onun qəzəblə qaynamasını və uğultusunu
eşidərlər.
13. Onlar əlləri boyunlarına bağlı vəziyyətdə o atəşdən dar bir yerə atıldıqları zaman
(Dünyada Allaha asi olduqlarına görə özlərinə bəd dua edib) ölüm diləyərlər.
14. (Onlara istehza ilə deyilər: ) "Bu gün özünüzə bir ölüm diləməyin, çox ölüm
diləyin!" (Belə bir gündə bir dəfə vaveyla deməkdən, bir dəfə özünə ölüm istəməkdən
heç nə çıxmaz. Allahın əzabı intəhasız və dəhşətli olduğu üçün dəfələrlə vaveyla deyib,
dəfələrlə özünüzə ölüm diləməlisiniz!)
15. (Ya Rəsulum!) Onlara de: "Bu (cəhənnəm odu) yaxşıdır, yoxsa Allahdan qorxub pis
əməllərdən çəkinənlərə bir mükafat və sığınacaq olaraq və’d edilən Xüld cənnəti?"
16. Onlar üçün orada istədikləri hər şey vardır. Onlar orada əbədi qalacaqlar. Bu,
(bəndələr tərəfindən) sənin Rəbbindən (yerinə yetirilməsi) istənilən bir və’ddir.
(Bəndələr öz yaxşı əməlləri müqabilində Allahın onlara Cənnət qismət etməsini diləmiş,
Allah da onlara bu barədə verdiyi və’di yerinə yetirmişdir).
|