arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
320
.
25
.
əl-Furqan
(Fərqləndirmə) surəsi (Məkkədə nazil olmuşdur, 77 ayədir)
Bismillahir-rəhmanir-rəhim!
1. Aləmləri (insanları və cinləri Allahın əzabı ilə) qorxutmaq üçün (haqqı batildən
ayıran) Qur’anı Öz bəndəsinə (Muhəmmədə) nazil edən Allah nə qədər (uca, nə qədər)
uludur! (Ucalardan ucadır; əzəli və əbədidir, xeyir-bərəkəti bol və daimidir!)
2. O Allah ki, göylərin və yerin hökmü (səltənəti) Onundur. O (Özünə) heç bir övlad
götürməmişdir; mülkündə heç bir şəriki yoxdur. O, hər şeyi yaratmış və onu (onun nə
cür olacağını) təqdir (əzəldən müəyyən) etmişdir.
3. (Müşriklər isə) Onu qoyub heç bir şey yarada bilməyən, əksinə, özləri yaradılan,
özlərinə nə bir zərər, nə də bir xeyir verə bilən, diriltməyə, öldürməyə, həyat verməyə
və (öləndən sonra qiyamət günü) yenidən diriltməyə gücləri çatmayanları (bütləri)
özlərinə tanrılar qəbul etdilər.
4. Kafir olanlar: "Bu (Qur’an) onun (Muhəmmədin) uydurmasından başqa bir şey
deyildir. Ona bu işdə başqa bir tayfa (yəhudilər) kömək etmişdir!" - deyərək (özləri bu
batil iddiaları ilə) zülmə (küfrə) və böhtana yuvarlandılar.
5. Onlar həmçinin: "Bu, qədimlərin əfsanələridir (yalan sözlərdir). O (Muhəmməd)
onları (yəhudilərə) yazdırtmışdır; (əzbərlənməsi üçün) səhər-axşam (Muhəmmədin)
özünə oxunur", - dedilər.
6. (Ya Rəsulum!) De: "Onu (Qur’anı) göylərin və yerin sirrini bilən (Allah) nazil
etmişdir. Həqiqətən, O, (mö’minləri) bağışlayandır, rəhm edəndir!"
Bizim email:
Dostları ilə paylaş: |