Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə308/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   304   305   306   307   308   309   310   311   ...   630
Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

318 



58. Ey iman gətirənlər! Sahib olduqlarınız (kölə və kənizlər), həddi-büluğa çatmayanlar 

(yanınıza daxil olmaq istədikdə) bu üç vaxtda sizdən icazə alsınlar: sübh namazından 

əvvəl, günorta (yatıb dincəlmək, istirahət etmək üçün) paltarınızı çıxartdığınız zaman 

və gecə namazından sonra. (Bu vaxtlar insan paltarını çıxarda bilər, zövcəsi ilə bir yerdə 

uzanıb ixtilat edə bilər və i. a.) bu üç vaxt sizin üçün xəlvət vaxtdır (paltarsız ola 

bilərsiniz). Qalan vaxtlarda bir-birinizin yanına (icazəsiz) girib-çıxmaqda sizə də, onlara 

da heç bir günah yoxdur. Allah ayələri sizə belə izah edir. Allah (hər şeyi) biləndir, 

hikmət sahibidir!  

59. Sizdən olan uşaqlar da həddi-büluğa çatanda (yanınıza daxil olmaq istədikləri 

zaman) özlərindən əvvəlkilər kimi izin istəsinlər. Allah Öz ayələrini sizə belə izah edir. 

Allah (hər şeyi) biləndir, hikmət sahibidir!  

60. (Heyzdən və doğuşdan kəsildikləri üçün) ərə getməyə ümidi qalmayan yaşlı 

qadınların qadağan olunmuş zinətlərini (zinət yerlərini naməhrəmə) göstərmədən üst 

paltarını (çarşab, niqab, bürüncək və s.) çıxarmasında günah yoxdur. Bununla belə, 

(həmin geyimləri soyunmaqdan) çəkinmələri onlar üçün daha yaxşıdır. Allah (hər şeyi) 

eşidəndir, biləndir!  

61. Kora, çolağa, xəstəyə (başqaları ilə bir yerdə oturub yemək yeməkdə) günah yoxdur. 

Sizin özünüzə də öz evlərinizdə, yaxud atalarınızın evlərində, yaxud analarınızın 

evlərində, yaxud qardaşlarınızın evlərində, yaxud bacılarınızın evlərində, yaxud 

əmilərinizin evlərində, yaxud bibilərinizin evlərində, yaxud dayılarınızın evlərində, 

yaxud xalalarınızın evlərində, yaxud açarları əllərinizdə olan (səlahiyyətiniz çatan) 

evlərdə, yaxud dostlarınızın evlərində yemək yeməkdən heç bir günah gəlməz. Bir 

yerdə, yaxud ayrı-ayrılıqda yeməyinizdə də heç bir günah yoxdur. Evlərə daxil 

olduğunuz zaman özünüzü (bir-birinizi, qohum-əqrəbanızı, dostlarınızı və 

dindaşlarınızı) Allah dərgahından bərəkət və xoşluq diləyən bir salamla salamlayın. 

Allah ayələri sizə belə izah edir ki, düşünüb daşınasınız!  

62. Həqiqətən, mö’minlər ancaq Allaha və Onu Peyğəmbərinə iman gətirən, ümumi bir 

iş (cihad, cümə xütbəsi, məsləhət-məşvərət) üçün Peyğəmbərlə bir yerdə olduqda 

ondan izin almamış bir yerə getməyən kimsələrdir. (Ya Rəsulum!) Səndən izin 

istəyənlər - məhz belələri Allaha və Onun Peyğəmbərinə inananlardır. Əgər onlar bə’zi 

işləri üçün səndən izin istəsələr, onlardan özün istədiyinə (yanından getməyə) izin ver 

və onlar üçün Allahdan bağışlanma dilə. Həqiqətən, Allah (bəndələrini) bağışlayandır, 

rəhm edəndir!  

63. Peyğəmbəri çağırmağı öz aranızda bir-birinizi çağırmağınızla eyni tutmayın! 

(Peyğəmbəri özünüz bir-birinizi çağırdığınız kimi çağırmayın. Ona "Muhəmməd, nə 




Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   304   305   306   307   308   309   310   311   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin