Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə300/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   296   297   298   299   300   301   302   303   ...   630
Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

310 



108. (Allah) buyurar: "Orada zəlil (mə’yus) vəziyyətdə durub qalın və Mənə heç bir şey 

deməyin! (Cəhənnəm odundan xilas edilməyinizi Məndən diləməyin!)"  

109. Çünki bəndələrimdən bir zümrə (mö’minlər) var idi ki, onlar: "Ey Rəbbimiz! Biz 

(Sənə) iman gətirdik. Artıq bizi bağışla, bizə rəhm et. Sən rəhm edənlərin ən yaxşısısan!" 

- deyirdilər.  

110. Siz isə onları məsxərəyə qoyurdunuz. (Bu məsxərə, lağlağı başınızı o qədər 

qatmışdı ki) Məni yada salmağı belə sizə unutdurmuşdu. Siz (istehza ilə) onlara 

gülürdünüz.  

111. Həqiqətən, Mən səbr etdiklərinə görə onları mükafatlandırdım. Onlar nicat 

tapanlardır (uğura yetənlərdir)!"  

112. (Allah qiyamət günü kafirlərə) belə buyuracaqdır: "Yer üzündə neçə il qaldınız?"  

113. Onlar: "Bir gün, bir gündən də az, hər halda, sayanlardan (insanların əməllərini 

sayan mələklərdən) soruş!" - deyə cavab verəcəklər.  

114. Allah buyuracaq: "Əgər (həqiqəti) bilirsinizsə, siz (orada) çox az qaldınız! (Dünya 

həyatı axirət həyatı ilə müqayisədə olduqca qısadır).  

115. Yoxsa sizi əbəs yerə yaratdığımızı və (qiyamət günü dirilib haqq-hesab üçün) 

hüzurumuza qaytarılmayacağınızı güman edirdiniz?"  

116. Həqiqi hökmdar olan Allah (hər şeydən) ucadır. Ondan başqa heç bir tanrı yoxdur. 

O, kərim (uca, qiymətli) olan ərşin Rəbbidir! (Allahın rəhməti, xeyir-bərəkəti, 

peyğəmbərlərə gələn vəhy ərşdən nazil olduğu üçün o kərimdir).  

117. Kim Allahla yanaşı başqa bir tanrıya ibadət edərsə - bunun üçün isə onun heç bir 

dəlili yoxdur - (qiyamət günü) onun cəzasını Rəbbi özü verəcəkdir. Həqiqətən, kafirlər 

nicat tapmazlar!  

118. (Ya Rəsulum!) De: "Ey Rəbbim (Bizi) bağışla və rəhm et! (Ümmətimin 

günahlarından keç, tövbəmizi qəbul buyurmaqla bizə mərhəmət əta et!) Sən rəhm 

edənlərin ən yaxşısısan!  

 

 

 





Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   296   297   298   299   300   301   302   303   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin