Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
311
.
24
.
ən-Nur
(Nur) surəsi
(Məkkədə nazil olmuşdur, 64 ayədir)
Bismillahir-rəhmanir-rəhim!
1. Bu, (səmadan) nazil edib (hökmlərini) vacib buyurduğumuz bir surədir. Biz onda
açıq-aşkar ayələr nazil etdik ki, bəlkə, düşünüb ibrət alasınız!
2. Zinakar kişiyi və zinakar qadına yüz çubuq vurun. Allaha və axirət gününə
inanırsınızsa, Allahın dini barəsində (bu işin icrasında) ürəyiniz onlara yumşalmasın və
mö’minlərdən bir dəstə də onların əzabına şahid olsun. (Bu, subay kişiyə və ərsiz
qadına aiddir. Evli kişi və qadın zina etdikdə isə onların cəzası daşqalaq edilməkdir).
3. Zinakar kişi ancaq zinakar, yaxud müşrik bir qadınla evlənə bilər. Zinakar qadın da
yalnız zinakar, yaxud müşrik bir kişiyə ərə gedə bilər. Bu (belə bir evlənmə),
mö’minlərə haram edilmişdir.
4. İsmətli qadınla zina isnad edib, sonra (dediklərini təsdiqləyəcək) dörd şahid gətirə
bilməyən şəxslərə səksən çubuq vurun və onların şəhadətini heç vaxt qəbul etməyin.
Onlar sözsüz ki, (Allahın itaətindən çıxmış) əsl fasiqlərdir.
5. Bundan (namuslu qadınlara atdığı böhtandan) sonra tövbə edib özlərini islah edənlər
istisna olmaqla. Çünki Allah (tövbə edənləri) bağışlayandır, rəhmlidir!
6. Arvadlarına zina isnad edib özlərindən başqa şahidləri olmayanların hər biri özünün
doğru danışanlardan olduğuna dair dörd dəfə Allahın adı ilə (Əşhədu billahi - Allahı
şahid gətirirəm, deyə) şəhadət verməlidir.
|