Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə302/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   298   299   300   301   302   303   304   305   ...   630
Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

312 



7. Beşinci dəfə: "Əgər yalan danışanlardandırsa, Allah ona lə’nət eləsin!" (deməlidir).  

8. Qadının da (hakimin hüzurunda) ərinin yalan danışanlardan olması barədə dörd 

dəfə Allahı şahid tutması əzabı ondan dəf edər.  

9. Beşinci dəfə: "Əgər (əri) doğru danışanlardandırsa, Allah ona (qadının özünə) lə’nət 

(qəzəb) eləsin!" (deməlidir).  

10. Əgər Allahın sizə ne’məti və mərhəməti olmasaydı, Allah tövbələri qəbul edən, 

hikmət sahibi olmasaydı (halınız necə olardı)? (O, günahkarların cəzasını dərhal verib 

onları rüsvay edərdi).  

11. Həqiqətən, (Aişə barəsində) yalan xəbər gətirənlər öz içərinizdə olan bir zümrədir 

(münafiqlərdir). Onu (o xəbəri) pis bir şey zənn etməyin. O, bəlkə də, sizin üçün 

xeyirlidir. O zümrədən olan hər bir şəxsin qazandığı günahın cəzası vardır. Onlardan 

günahın böyüyünü öz üstünə götürəni (Abdulah ibn Ubeyyi) isə (qiyamət günü) çox 

böyük (şiddətli) bir əzab gözləyir!  

12. Məgər o yalan sözü eşitdiyiniz zaman mö’min kişilər və qadınlar öz ürəklərində 

(özləri haqqında yaxşı fikirdə olduqları kimi, dostlarının da əhli-əyalı barəsində) yaxşı 

fikirdə olub: "Bu, açıq-aydın bir böhtandır!" - deməli deyildilərmi?  

13. (Aişəyə iftira yaxanlar) nə üçün özlərinin doğru olduqlarını təsdiq edəcək dörd 

şahid gətirmədilər? Madam ki, şahid gətirmədilər, deməli, onlar Allah yanında əsl 

yalançıdırlar!  

14. Əgər Allahın dünyada və axirətdə sizə ne’məti və mərhəməti olmasaydı, o yalan 

sözünüzə görə sizə şiddətli bir əzab toxunardı.  

15. O zaman ki, siz (münafiqlərin yaydığı) yalanı dilinizə gətirir, bilmədiyiniz sözü 

ağzınıza alır və onu yüngül (asan, insana günah gətirməyən) bir şey sanırdınız. Halbuki 

bu (Peyğəmbərin əhli-əyalı haqqında nalayiq söz danışmaq) Allah yanında çox böyük 

günahdır!  

16. Məgər siz onu eşitdiyiniz zaman: "Bizə bunu (bu yalanı) danışmaq yaraşmaz. Aman 

(Allah)! Bu, çox böyük bir böhtandır!" - deməli deyildinizmi?  

17. Allah sizə öyüd-nəsihət verir ki, əgər mö’minsinizsə, bir daha belə şeylər 

etməyəsiniz.  




Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   298   299   300   301   302   303   304   305   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin