Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə303/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   299   300   301   302   303   304   305   306   ...   630
Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

313 



18. Və Allah sizin üçün ayələrini (belə ətraflı, açıq-aydın) izah edir. Allah (hər şeyi) 

biləndir, hikmət sahibidir!  

19. Mö’minlər arasında (onları nüfuzdan, hörmətdən salmaq məqsədilə) pis söz 

yaymaq istəyənləri dünyada və axirətdə şiddətli bir əzab gözləyir. (Hamının əməlini, 

yayılan şayiələrin, atılan böhtanların doğru olub-olmadığını) ancaq Allah bilir, siz 

bilməzsiniz!  

20. Əgər Allahın sizə ne’məti və mərhəməti olmasaydı, Allah şəfqətli, rəhmli olmasaydı 

(Halınız necə olardı)? (Dediyiniz yalanlara, yaxdığınız iftiralara görə sizi dərhal məhv 

edərdi).  

21. Ey iman gətirənlər! Şeytanın yolunu tutub getməyin! Kim Şeytanın getdiyi yolla 

getsə, o, (insanlara) çirkin, pis işlər görməyi (zina etməyi, yalan danışmağı, özgələrə 

böhtan atmağı) əmr edər. Əgər Allahın sizə ne’məti və mərhəməti olmasaydı, sizdən 

heç kəs heç vaxt (günahdan) pak olmazdı. Lakin Allah dilədiyini (günahdan) pak edər. 

Allah (hər şeyi) eşidəndir, biləndir!  

22. Aranızda olan fəzilət və sərvət sahibləri qohum-əqrabaya, miskinlərə və Allah 

yolunda hicrət edənlərə (heç bir şey) verməyəcəklərinə and içməsinlər. (Onları) əfv 

edib, (cəzalandırmaqdan) vaz keçsinlər! Məgər siz (bu yaxşılıq müqabilində) Allahın 

sizi (günahlarınızı) bağışlamağını istəmirsiniz? Allah (bəndələrini) bağışlayandır, rəhm 

edəndir!  

23. Zinadan xəbəri olmayan namuslu, ismətli mö’min qadınları zinada ittiham edənlər 

dünyada və axirətdə lə’nətə düçar olarlar. Onları (qiyamət günü) çox böyük bir əzab 

gözləyir.  

24. Qiyamət günü (onlar dünyada qazandıqları günahlarını dandıqda) dilləri, əlləri və 

ayaqları etdikləri əməllər barəsində onların əleyhinə şəhadət verəcəkdir.  

25. O gün Allah onların cəzasını layiqincə verəcək və onlar Allahın (Allahın onlara 

verdiyi və’din) açıq-aşkar bir haqq olduğunu biləcəklər!  

26. Murdar qadınlar murdar kişilərə, murdar kişilər isə murdar qadınlara, eləcə də 

təmiz qadınlar təmiz kişilərə, təmiz kişilər də təmiz qadınlara layiqdirlər. (Pis sözlər pis 

adamlara, pis adamlar pis sözlərə, eləcə də yaxşı sözlər yaxşı adamlara, yaxşı adamlar 

da yaxşı sözlərə layiqdirlər). Bunlar (Aişə və Səfvan kimi pak adamlar) onların 

(münafiqlərin) dediklərindən (yalan, pis sözlərdən) uzaqdırlar. Onları (günahlardan) 

bağışlanma və (Cənnətdə) tükənməz (minnətsiz) ruzi gözləyir!  





Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   299   300   301   302   303   304   305   306   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin