Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə266/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   262   263   264   265   266   267   268   269   ...   630
Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

276 



94. (Harun) belə cavab verdi: "Ey anam oğlu! Saçımdan, saqqalımdan tutma. (Saqqalımı, 

başıma yolma). Doğrusu, sənin: "İsrail oğulları arasına ayrılıq saldın, sözümə 

baxmadın!" - deyəcəyindən qorxdum.  

95. (Musa: ) "Ey Samiri! Sənin (bu pis, əcaib işi görməkdə) məqsədin nə idi?" - deyə 

soruşdu.  

96. (Samiri) belə cavab verdi: "Mən (İsrail oğularının) görmədiklərini (Cəbraili) gördüm 

(yaxud bilmədiklərini bildim). Mən o Rəsulun (Allah elçisinin) ləpirindən (Cəbrailin 

atının ayağı dəydiyi yerdən) bir ovuc torpaq götürdüm və onu (çaladakı od içində 

əriyən bəzək şeylərinə) atdım (o da dönüb böyürən bir buzov oldu). Beləcə, öz nəfsim 

məni bu işə sövq etdi". (Nəfsim bu işi mənə xoş göstərdi, mən də ona uydun).  

97. (Musa) dedi: "Çıx get burdan. Həyatın boyu (cəza olaraq): "Bir kəs mənə toxunmasın 

(mən də bir kəsə toxunmayım)!" - deməli olacaqsan. (Heç kəs səni dindirməyəcək, 

süfrəsinə buraxmayacaq, səninlə alış-veriş etməyəcək. Heç kəslə ünsiyyət etməyib 

tamamailə təcrid olunmuş bir vəziyyətdə yaşayacaqsan. Dəhşət səni bürüyəcək). Hələ 

səni əsla qaçıb canını qurtara bilməyəcəyin daha bir və’də (qiyamət günü) gözləyir. İndi 

tapınıb durduğun tanrına (bütünə) bax. Biz onu yandıracaq, sonra da (külünü) dənizə 

atacağıq!  

98. Sizin tanriniz ancaq O Allahdır ki, Ondan başqa heç bir tanrı yoxdur. O, elm (Öz 

əzəli elmi) ilə hər şeyi ehtiva etmişdir!"  

99. (Ya Rəsulum!) Keçmişin xəbərlərinin (olub keçənlərin) bir qismini sənə belə nəql 

edirik. Sənə Öz dərgahımızdan (insanların düşünüb daşınması, ibrət alması üçün) 

Qur’an da vermişik!  

100. Hər kəs ondan üz döndərsə, şübhəsiz ki, qiyamət günü ağır bir günaha 

yüklənəcəkdir.  

101. Belələri (o günah yükünün) altında (yükü ilə birlikdə Cəhənnəm əzabında) əbədi 

qalacaqlar. Qiyamət günü onların daşıyacağı yük necə də pisdir!  

102. Surun (ikinci dəfə) çalınacağı və günahkarları (qorxudan, yaxud susuzluqadan) 

gözləri göm-göy göyərmiş (və ya gözləri kor olmuş, üzləri qapqara qaralmış) halda 

məhşərə gətirəcəyimiz gün  

103. Onlar öz aralarında pıçıldaşıb bir-birinə: "(Dünyada) cəmi on gün qaldınız!" 

deyəcəklər.  




Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   262   263   264   265   266   267   268   269   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin