Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
274
73. Biz, həqiqətən, Rəbbimizə iman gətirdik ki, O bizi günahlarımıza və sənin bizi
məcbur etdiyin sehrə (sehrlə məşğul olmağımıza) görə bağışlasın/ Allah (sən Fir’ondan)
daha xeyirli və (Onun günahkarlara verəcəyi əzab) daha baqidir!"
74. Kim Rəbbinin hüzuruna günahkar kimi gələrsə, onu Cəhənnəm (cəhənnəm əzabı)
gözləyir. O, orada nə ölər, nə də yaşayar. (Cəhənnəm əhli nə ölü kimi ölü, nə də diri
kimi diridir, əbədi əzaba düçar olub bir gün görməz).
75. Kim (Rəbbinin hüzuruna) yaxşı əməllər etmiş bir mö’min kimi olaraq gələrsə,
belələrini ən yüksək dərəcələr gözləyir -
76. Əbədi qalacaqları, (ağacları) altından çaylar axan Ədn cənnətləri. Bu, (günahlardan)
pak olanların (təmizlənənlərin) mükafatıdır.
77. (İzzət və cəlalıma) and olsun ki, Biz Musaya belə vəhy etdik: "Qullarımla gecə yola
çıx, (əsanı suya vurmaqla) onlar üçün dənizdə quru bir yol aç. (Fir’onun) sizə
yetişməsindən qorxma, (suya qərq olmaqdan da) əndişəyə düşmə!"
78. Fir’on öz ordusu ilə onları tə’qib etdi, daniz də (şahə qalxan dalğaları ilə) onları
(onun əsgərlərini) çulğayıb qərq etdi, özü də necə!
79. Fir’on (mənəm sizin ən böyük rəbbiniz, deyərək) öz tayfasını yoldan çıxartdı və
(onları) doğru yola aparmadı.
80. Ey israil oğulları! Sizi düşməninizdən (Fir’onun əlindən) xilas etdik. (Tövratın nazil
olması üçün) sizə Tur dağının sağ tərəfini və’d buyurduq. Sizə (göydən) qüdrət halvası
və bildirçin endirdik!
81. Sizə verdiyimiz ruzilərin təmizindən (halalından) yeyin, lakin bunda həddi aşmayın
(israfçılıq, xəsislik və nankorluq etməyin, ehtiyacı olana şər’i qayda üzrə kömək
göstərin), yoxsa qəzəbimə düçar olarsınız. Qəzəbimə düçar olan isə mütləq uçuruma
düşüb bədbəxt (cəhənnəmlik) olar.
82. Şübhəsiz ki, Mən həm də tövbə edib iman gətirəni yaxşı işlər görüb, sonra da doğru
yolu tutanı çox bağışlayanam!
83. (Allah buyurdu: ) "Ya Musa! Səni öz camaatından (Tur dağına getdiyin yetmiş
kişidən) ayırıb (bu məqama) tələsdirən nə idi?"
84. (Musa) belə cavab verdi: "Onlar da arxamca gəlirlər. Ey Rəbbim! Məndən razı
qalasan deyə, hüzuruna tələsdim!"
|