Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə265/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   261   262   263   264   265   266   267   268   ...   630
Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

275 



85. (Allah: ) "Səndən sonra ümmətini imtahana çəkdik. Samiri onları yoldan çıxartdı 

(buzova sitayiş etdilər)", - deyə buyurdu.  

86. Musa qəzəbli, kədərli halda camaatının yanına qayıdıb dedi: "Ey ümmətim! Məgər 

Rəbbiniz (Tövratı nazil etmək, keçmiş günahlarınızı bağışlamaq, göydən qüdrət halvası 

və bildirçin endirmək haqqında) sizə gözəl bir və’d verməmişdimi? Yoxsa (mənim 

sizdən ayrılmağımdan) uzun bir müddət keçdi? (Nə tez hər şeyi unudub nankor 

oldunuz?) Yaxud Rəbbinizdən sizə bir qəzəb gəlməsini istəyib mənə verdiyiniz və’də 

xilaf çıxdınız?"  

87. Onlar dedilər: "Biz sənə verdiyimiz və’də öz ixtiyarımızla xilaf çıxmadıq. Amma biz 

(Fir’on) tayfasının (bir bayram günü əmanət olaraq aldığımız) zinətlərindən ibarət ağır 

bir yüklə yüklənmişdik. Onları ("əmanətə xəyanət haramdır"-deyərək günahdan 

qurtulmaq məqsədilə oda) atdıq. Samiri də bizim kimi (özündə olan bəzək şeylərini 

oda) atdı".  

88. (Oda atılmış qızıl-gümüş əridikdən sonra Samiri çuxurun içində) onlara böyürən bir 

buzov heykəli (düzəldib) çıxartdı. (Samiri və onun yoldan çıxartdığı bir neçə kişi) 

dedilər: "(Ey İsrail oğulları!) Bu sizin tanrınızdır. Musanın da tanrısı budur, lakin 

unutmuşdur". (Musa heykəli itirmiş, onu axtarıb tapmaqdan ötrü Tur dağına 

getmişdir).  

89. (Məgər bu cansız heykələ sitayiş edənlər) buzovun onların heç bir sözünə cavab 

verə bilmədiyini və onlara nə bir zərər, nə də bir xeyir verməyə qadir olmadığını 

görmürdülərmi?! (Nə böyük cəhalət!)  

90. Harun isə bundan (Musa Tur dağından qayıtmamışdan) əvvəl onlara belə demişdi: 

"Ey ümmətim! Siz bununla (hansınızın əqidəcə möhkəm, hansınızın şəkkak olduğunu 

ayırd etmək məqsədilə Allah tərəfindən) yalnız imtahana çəkildiniz. Sizin Rəbbiniz, 

şübhəsiz ki, Rəhmandır. Mənə tabe olub əmrimə itaət edin!"  

91. Onlar: "Musa (Tur dağından) qayıdıb yanımıza gələnə qədər bu buzova sitayiş 

etməkdən əl çəkməyəcəyik!" - deyə cavab vermişdilər.  

92. (Musa ümmətinin yanına qayıtdıqdan sonra) dedi: "Ya Harun! Onların (haqq 

yoldan) azdıqlarını gördüyün zaman sənə nə mane oldu ki,  

93. (Mö’minləri də götürüb) arxamca gəlmədin? (Mənə bu barədə heç bir xəbər 

vermədin, yaxud mənim yolumla gedərək bütə tapınanları danlayıb onlara qarşı 

hiddətlənmədin?) Əmrimə asimi oldun? (Allahdan başqasına ibadət edənlərlə bir yerdə 

yaşamağı özünə nə cür rəva bildin?)"  




Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   261   262   263   264   265   266   267   268   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin