Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
267
87. Rəhmandan əhd almış kəslər istisna olmaqla, qalanları (kafirlər) şəfaət etməyə qadir
olmazlar. (Yalnız iman gətirib yaxşı işlər görənlər qiyamət günü Rəhmanın izni ilə
şəfaət etməyə layiqdirlər).
88. (Müşriklər: ) "Rəhman özünə övlad götürmüşdür!" - dedilər.
89. Siz, doğrudan da, olduqca pis bir şey etdiniz (çox böyük-böyük danışdınız)!
90. Buna görə az qaldı ki, göylər parçalansın, yer yarılsın və dağlar yerindən qopub
uçsun!-
91. (Müşriklərin) Rəhmana övlad isnad etdiklərinə görə!
92. Halbuki Rəhmana özünə övlad götürmək yaraşmaz.
93. Çünki göylərdə və yerdə olan bütün məxluqatdan bir eləsi yoxdur ki, (qiyamət
günü) Rəhmanın hüzuruna bir qul kimi gəlməsin.
94. And olsun ki, (Allah) onları (bütün yaratdıqlarını) hesablamış və təkrar-təkrar
saymışdır.
95. Onların hamısı qiyamət günü Onun hüzuruna gələcək.
96. Həqiqətən, iman gətirib yaxşı işlər görənlər üçün Rəhman (ürəklərdə) bir sevgi
yaradacaq. (Allah həm özü onları dost tutacaq, həm də onların məhəbbətini hamının, o
cümlədən mö’minlərin qəlbinə salacaqdır).
97. (Ey Muhəmməd!) Biz (Qur’anı) sənin dilinlə asan (hamıya müyəssər) etdik ki,
onunla ancaq Allahdan qorxub pis əməllərdən çəkinənlərə (Cənnətlə) müjdə verəsən və
inadkar bir camaatı (batil dəlillərlə mübahisə aparan Məkkə müşriklərini Cəhənnəmlə)
qorxudasan.
98. Biz onlardan əvvəl neçə-neçə nəsilləri məhv etdik. İndi heç onlardan birini görür,
yaxud onlardan bir səs-səmir eşidirsənmi? (Bu müşrikləri də onlar kimi məhv edib
kökünü kəsəcəyik).
|